2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli Ərdoğanı DƏSTƏKLƏDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Türkiyədə baş verən dövlət çevrilişinə cəhdə münasibət bildirib.

 

Modern.az saytının xəbərinə görə, Əli Kərimli proseslərdən Türkiyənin qalib çıxdığını bildirib. Onun sözlərinə görə, xalqın ən böyük güc olduğu sübut olunub.

Saytların yığılması Saytlarin yigilmasi

 

“Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi.

 

Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı.

 

Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. Haydı Türkiyə!”,-deyə o əlavə edib.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər.

 

Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

 

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button