2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli azadlıqda həbs olunub

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Əli Kərimli azadlıqda həbs olunub. İnternet əlaqəsi kəsiləndən sonra, Əli bəyin ətrafla canlı əlaqəsini kəsmək üçün evinə geddən cəbhəçilər dərhal həbs olunur. Məqsəd Əli Kərimlini cəmiyyətdən təcrid edib, kəskin çxışları ilə narazı xalqı rejimə qarşı mübarizəyə təşviq etməsinin qarşısını almaqdır.
Eyni zamanda, bu yolla Xalq Cəbhəsi partiyasının təşkilati strukturlarını zəiflətmək, gündən – günə böyüyən və cəmiyyətdə nüfuzu artan partiyanın güclənməsinin qarşısını almaqdır.
Buradan bəyan edirik ki, rejim bu niyyətlərinə çata bilməyəcək. Əli bəyin bu şəkildə təcrid olunması, cəmiyyətin diqqətini daha çox ona yönəldib və bir lider kimi yaşadığı mərhumiyyətlər xalqın ona inam və rəğbətini daha da artırır. Onun dilindən səslənən fikirlər, bu gün sosial şəbəkələrdə, internet tv- lərdə mübarizə yoldaşları tərəfindən onsuz da xalqa çatdırılır.
Qaldı ki, Xalq Cəbhəsi partiyasına, düşmənlər sevinməsin, dostlar kədərlənməsin. Partiyanın bütün strukturları işlək vəziyyətdədir, cəbhəçilərin əhval ruhiyyəsi və mübarizə əzmi çox yüksəkdir. Partjya rəhbərliyi səviyyəsində mütəmadi müzakirələr keçirilir, lazım olan qərarlar qəbul edilir. Yerli təşkilati strukturlarımızla müntəzəm əlaqə saxlanılır və Xalq Cəbhəsinin fəaliyyətində hər hansı axsama yoxdur.
Təşkilatımız fövqəladə vəziyyət rejimində fəliyyət göstərir və siyasi kursu dəyişməz olaraq qalır. Hər kəs görəcək ki, karantin rejimindən sonra AXCP daha da gücləniş şəkildə meydana çıxacaq. Məhz bu çətin günlərdə əvvəlkindən daha çox sayda partiyaya üzvlük üçün müraciətlər alırıq və bu, xalqımızın təzyiqlər qarşıdsında, onun haqları uğrunda mübarizə aparan təkilatımıza verdiyi önəmli dəstəkdir.
Bu arada, Əli bəyin azadlıqda həbsxana şəraitində saxlanılmasına, bu siyasi diskriminasiya və aparteid qaydalarına etiraz edən hər kəsə – ictimai xadimlərə, vətəndaş cəmiyyəti fəallarına və sosial şəbəkə istifadəçilərinə təşəkkürümüzü bildiririk.
İndi bütün cəbhəçilər bir fikirdədirlər : Yola davam !!!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button