2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Əli Kərimli: “Cəmiyyəti qorxutmaq istəyirlər” VİDEO

akarimli-yeni4Aprelin 13-də bir qrup vətəndaş fəalı AXCP sədri Əli Kərimlini müdafiə məqsədi ilə onu yaşadığı evdə ziyarət edib.

Görüşdə AXCP sədri Əli Kərimli bildirib ki, aksiyaların təşkilində məqsəd diqqəti hökumətin tənqidindən yayındırmaq və Panamada ofşor hesabları ilə bağlı tənqidi fikirləri qabaqlamaqdır.

O, Amerikanın Səsinə müsahibəsində aksiyaların iqtidar tərəfindən təşkil edildiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Kərimlinin müsahibəsini təqdim edirik.

“Məndən ölkədən getməyi, üstəlik vətəndaşlıqdan imtina eləməyi tələb edirlər. Əsas tələbləri bunlardır. Bilirsiniz ki, çox mənasız və əsassız şəkildə ermənipərəst adlandırırlar. İndi də dövlət qəzetlərində yazırlar ki, əslində Əli Kərimli atəşkəsin imzalanmasına etiraz edib. Yəni Azərbaycan ordusunun zəfər yürüşlərinə haqq qazandıran, torpaqların işğaldan azad olunmasını tələb edən adama qarşı belə bir absurd ittihamla çıxış edirlər. Bütün ictimaiyyət bilir ki, bu ittihamlar çox mənasız və əsassızdır. Əsas məsələ odur ki, hökumət bu kampaniya ilə diqqəti ilk növbədə bu savaşda olan itkilərdən yayandırmağa çalışır. Çünki itkilərin miqyasını rəsmən gizlədiblər. İstəmirlər ki, Azərbaycan cəmiyyətində bu barədə ətraflı məlumatı olsun. İkincisi, bu günlərin əsas müzakirə mövzusu olan Panama sənədlərinin çox geniş müzakirə olunmasının qarşısını almaq istəyirlər. Üçüncüsü, son atəşkəs də Rusiyanın basqıları, təşəbbüsü və birbaşa onun iştirakı ilə əldə olunub. Rusiya ilə hansısa müəmmalı işbirliyinə gedirlər. Azərbaycan mətbuatı bu barədə yazmasa da, amma bir sıra xarici mətbuat yazır ki, yenidən Azərbaycana və Ermənistana Qarabağla bağlı ümumi dövlət konsepsiyası təqdim olunub. Rusiya qoşunlarının hansısa bir sülhməramlı adı altında Azərbaycana qaytarılmasından söhbət gedir. Bizim də bu məsələdə çox kəskin mövqeyimiz olduğunu bilirlər. Mən ayın 8-də bu barədə yazmışdım ki, heç bir ad altında Rusiya qoşunlarının Azərbaycana qaytarılmasına imkan verməyəcik. Ayın 9-dan da bu kampaniya başlayıb. Burada həm də Azərbaycanda Rusiyanın təsirini artırmaq istəyən Azərbaycan iqtidarının bir məqsədyönlü işi var. Azərbaycan cəmiyyətini qorxutmaq istəyirlər. Azərbaycan cəmiyyətində müstəqil fikrə, müxalif mövqeyə qarşı dözümsüzlük mühiti yaradırlar. Böyük bir partiyanın sədrinə qarşı belə mənəvi terrorla adamlara mesaj verirlər ki, danışanda mütləq ölçüb-biçin, hökumətin rəsmi kursundən fərqli bir şey deməyin. Hökumət deyirsə ki, filan kəndi almışıq, deməli almışıq. Sual vermək olmaz ki, bəs onun şəkli hanı? Deyirsə itkimiz bu qədərdi, sual vermək olmaz ki, bəs cənazələrin ad-familiyası niyə yoxdur və s. İnsanlara danışmağı, fərqli fikri qadağan etmək istəyirlər. Amma mən xalqımızdan razıyam. Xalqımız bu sınaqdan üzüuağ çıxır. Heç kimi qorxuda bilmirlər. Məndən söhbət gedə bilməz, mənimlə bağlı bu, ümumiyyətlə mümkün deyil. Amma cəmiyyətin də heç bir kəsimində narahatlıq, qorxu, aldadılma hiss etmirəm. Cəmiyyətin bütün təbəqələrindən dəstək görürəm. Hesab edirəm ki, hökumətin bu siyasəti də iflasa uğrayıb, öz əleyhinə işləyəcək.”

Rusiyanın Azərbaycana qayıdışı baş verərsə, AXCP hansı tədbirləri görəcək sualına cavabda isə Əli Kərimli bunları deyib:

“Azərbaycan hakimiyyətinin buna cəsarət edəcəyini düşünmürəm. Dünyadakı şərtlər də buna imkan vermir. Yox, əgər Azərbaycan hakimiyyəti o qədər reallıq hissini itirsə ki, hakimiyyət maraqlarını qoruyub-saxlamaq naminə Azərbaycanın müstəqilliyindən vaz keçsin, bizim əziyyətlə çıxardığımız Rusiya qoşunlarını hansısa adla qaytarsın, o zaman, Azərbaycan cəmiyyəti əmin ola bilər, biz mümkün ola biləcək hər şeyi edəcəyik. Bizim üçün yenidən istiqlal savaşı başlayacaq. O zaman biz Azərbaycan xalqına açıq müraciət etməkdən çəkinməyəcəyik. Azərbaycan xalqını öz müstəqilliyinə sahib çıxmaqdan ötəri açıq çağırışlar edəcəyik.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button