2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli faktiki ev dustağı edilib

Haqq Ədalət Partiyasının bəyanatı

Keçmiş səhiyyə naziri və siyasi məhbus Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası AXCP sədri Əli Kərimlinin təcrid olunması və müxalif fəalların həbs edilməsi ilə bağlı etiraz bəyanatı verib.
Bəyanatda deyilir ki, ölkədə iqtisadi böhran koronavirus pandemiyası ilə daha da dərinləşir və bu, Azərbaycan iqtidarını çıxılmaz vəziyyətə salıb. İqtidar belə bir şəraitdə demokratik müxalifətə qarşı aqressiv siyasətini daha da şiddətləndirib.
“Müxalifət düşərgəsinin liderlərindən biri, Qarabağ qazisi Tofiq Yaqublunun şərlənərək həbs edilməsi ilə başlayan amansız siyasi təzyiqlər avtoritar rejimlə aktiv mübarizə aparan NİDA hərəkatının liderlərindən İlkin Rüstəmzadəyə qarşı təhtidlər və AXCP-nin, ADR hərəkatının fəal üzvlərinin həbsləri ilə davam etdirilir.
AXCP sədri Əli Kərimli və ailə üzvlərinə qarşı yolverilməz, qanunsuz təzyiqlər edilir. Onun özünün və ailə üzvlərinin internet və telefon xətləri qapadılıb, yaşadığı ev nəzarətə götürülüb, yanına gələn partiya üzvləri təhdidlərə məruz qalır və faktiki olaraq o, ev dustağı edilib.
İqtidarın bu iyrənc təcrübəsi Haqq Ədalət Partiyasının sədri Əli İnsanova da qarşı tətbiq olunub – həbsdən azad olunduğu ilk gündən yaşadığı ev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən 24 saat nəzarətdə saxlanılır, yaşadığı evin içi və həyəti daima dinlənilir və çəkilir, yanına gələnlər təqib olunurlar.
Demokratik müxalifətə qarşı iqtidarın qanunsuz və aqressiv mübarizəsi göründüyü kimi get-gedə genişlənir. Şübhə yeri qalmır ki, çökməkdə olan iqtidar Əli Kərimli “blokadasını” demokratik müxalifətin digər liderlərinə də tətbiq edə bilər.
Haqq Ədalət Partiyası Azərbaycan iqtidarının qanuna zidd hərəkətlərini pisləyir, demokratik müxalifətə qarşı aqressiv siyasətə son qoyulmasını, AXCP sədri Əli Kərimlinin hüquqlarının bərpa olunmasını və qanunsuz olaraq şərlənərək həbs edilmiş Tofiq Yaqublunun və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir”, – deyə bəyanatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button