2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli: “Faktiki olaraq öz evimdə təcrid edilmişəm”

ali kerimli3

Hakimiyyətin Xalq Cəbhəsi Partiyasının üzvlərinə qarşı təcavüzü, partiya fəallarının təqiibi və həbsi əsassız və izah olunması imkansızdır. Bu barədə Azərbaycan xidmətinə müsahibəsində bu müxalifət partiyasının lideri Əli Kərimli bildirib.

Hakimiyyətin guya müxalifətin koronavirusa və insanların ölümünə sevinməsi haqqında ittihamları cəfəngiyyatdır. “Epidemiyanın ilk günlərindən biz cəmiyyəti bu fəlakətdən xilas etməyin yolları barədə çağırışlar və ideyalarla çıxış etmişik. Bizim bu faciəyə sevindiyimizi kim və nə vaxt eşidib?”, deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər ərzində hakimiyyət onlarla fəalı yalan ittihamlarla həbs edib. “İş o yerə çatıb ki, mənim telefonlarımı və internetimi kəsirlər. Mən, faktiki olaraq, öz evimdə təcrid edilmişdim”, deyə Kərimli bildirib.

Hakimiyyət hökumətin ünvanına tənqidləri və ictimaiyyətdən müxalifətin çağırışlarına qulaq vermək tələblərini düşmənçilik fəaliyyəti hesab edir. Hakimiyyət xalqın narazılığının real etiraza çevrilə biləcəyindən qorxur, deyə Kərimli qeyd edib.

Hakimiyyət sözdə deyil, real islahatlara başlamalıdır. Çıxış yolu müxalifəti təqib etməkdə və olmayan yerdə düşmən axtarmaqda deyil. Çıxış yolu cəmiyyətin həssas təbəqələrini dəstəkləməkdədir. Belə insanların sayı ən az 3 milyondur. Bunun üçün ehtiyat var. Bunun ardınca real iqtisadi və siyasi islahatlar lazımdır. “İnsanların əsas azadlıqlarını təmin etmək və vətəndaşların əsilsiz deyil, gerçək həmrəyliyinə nail olmaq lazımdır”, deyə Əli Kərimli qeyd edib.

Hakimiyyət bunun yerinə fərqli düşünənlərə və müxalifətə qarşı yeni repressiyalar dalğasına başlayır və ciddi beynəlxalq təzyiqə və tənqidə məruz qalır. Bütün bunlara son qoyulmasa, ölkəni sosial partlayış və çətin zamanlar gözləyir, deyə AXCP lideri vurğulayıb. 

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button