2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Əli Kərimli həbsə doğru – DEVALİVASİYA QORXUSU

Hakimiyyət AXCP sədrini dəmir barmaqlıqlar arasına salmaqla istəyinə nail ola biləcəkmi?

Ölkədə sosial vəziyyət gərginləşdikcə, hakimiyyətin narazı kütləni təşkilatlandıra biləcək siyasi güclərə qarşı repressiv addımları daha da sərtləşir. Belə siyasi güclərdən biri və bəlkə də birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (AXCP). Təsadüfi deyil ki, son günlər AXCP və onun sədri Əli Kərimliyə qarşı görünməmiş basqı var. Demək olar ki, hər gün partiyanın bir üzvü həbs olunur. Artıq həbs olunanların sayı 6 nəfərə çatıb. Təbii ki, bura əvvəlki illərdə həbs olunan cəbhəçilər daxil deyil.

Bunu da oxuyun: – “Space” Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətə gəldiyi günü “Fəlakət Günü” adlandırdı

Saytların yığılması Saytlarin yigilmasi
 “Turan” İnformasiya Agentliyi isə Əli Kərimlinin özünün də həbs təhlükəsilə üz-üzə qaldığı barədə məlumat yayıb. Məlumatlarda bildirilir ki, hakimiyyətdə bir qrup Əli Kərimlini həbs olunmasını vacib sayır. Bu həbs dövlət başcısı İlham Əliyevin ölkədə olmadığı müddətdə həyata keçirilə bilər.

Hazırda İlham Əliyev məzuniyyətdədir və bəzi məlumatlara görə ölkədə deyil. Bu da Əli Kərimlinin yaxın günlərdə həbs olunacağı barədə ehtimalları gücləndirir.

Lakin belə düşünənlər də var ki, Əli Kərimlinin həbsi məsələsi şişirdilib. Bu qənaətdə olanlar AXCP sədrinin gündəmə gəlmək üçün həbs məsələsini ortaya atdığını iddia edirlər. Müşahidələr göstərir ki, Əli Kərimlinin həbsi məsələsini ciddi saymayanlar əsasən hökumətə yaxın fikir adamlarıdır. Ona görə də bu qənaəti birmənalı qəbul etmək mümkün deyil. Digər tərəfdən, AXCP sədri şəxsi ilə bağlı gündəm problemi yaşamır. Əli Kərimli daim gündəmi məşğul edən siyasi fiqurlardan biridir.

24saat.org-un apardığı araşdırmalar nəticəsində də bəlli olub ki, Əli Kərimlinin həbsi kifayət qədər realdır.

Bunu da oxuyun: – “Hakimiyyət cəmiyyəti qaçqınların girovuna çevirib”

Yuxarıda qeyd etdik ki, ölkədə soisal vəziyyət getdikcə gərginləşir. İqtisadçı ekspertlərə görə, perspektivdə də vəziyyətin müsbətə doğru dəyişəcəyi görünmür. Əksinə, növbəti devalvasiya qapını kəsdirib. Artıq bəzi banklar dollar satışını dayandırıb. Məlumatlara görə, bu dəfəki devalivasiya 25 faiz civarında olacaq. Bu isə 1 dolların 2 manatın ötməsi deməkdir. Devalvasiyanın bahalaşma yaratdığını izah etməyə isə ehtiyac yoxdur. Qısası, ölkə sosial kataklizmlər ərəfsindədir. Belə bir vəziyyətdə Əli Kərimli kimi siyasi fiqur hakimiyyətə kabus kimi görünməyə bilməz. Nəzərə alsaq ki, növbəti devalivasiya dalğasının planlaşdırılan referendumadək reallaşacağı qaçınılmazdır, o zaman Kərimlinin etiraz mitinqinə toplayacaq narazı kütlə AXCP tərəfdarlarını aşaraq “siyasətə qarışmayan” azərbaycanlılara da siraət edəcək. Bu isə, bütün hallarda hakimiyyətin öz əli ilə özünü vurmaq olacaq. Başqa sözlə, YAP iqtidarının illərlə apardığı yarıtmaz iqtisadi siyasət hazırda Kərimlinin ən böyük silahına çevrilib və az qala onun əlinə düşməkdədir. Bu isə, İlham Əliyev üçün artıq məğlubiyyət demək olacaq. Elə bu səbəbdən də, Kərimlinin növbəti devalivasiya öncəsi həbsi qaçınılmaz görünür…

Buna da baxın: – “Ankaradan Bakını qurban vermək tələb edilə bilər” – FƏTÖ gizlinləri

Bəs Əli Kərimlinin həbsilə hakimiyyət istəyinə nail ola biləcəkmi?

Həbs Əli Kərimlini mübarizəsindən geri çəkilməyə hesablanıbsa, AXCP sədrinin belə addım atacağı ağlabatan deyil. O, özü də mətbuata açıqlamasında bunu bəyan edib. Hətta ölümə hazır olduğunu bildirib. Bu baxımdan ekspertlər hesab edir ki, hakimiyyət əks effektlə üzləşə bilər. Ekspetlər hətta hakimiyyətin beynəlxalq sanksiyalarla üzləşməsini də mümkün sayır.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button