2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Əli Kərimli həbsdə olan mühafizəçisini aclığı dayandırmağa çağırıb /YENİLƏNİB/

Bakı/05.10.21 Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli həbsdə olan partiya fəalı Niyaməddin Əhmədovu aclığı dayandırmağa çağırıb.

Kərimli Facebook-da dərc etdiyi müraciətində Əhmədovun sentyabrın 22-dən aclıq etdiyini xatırladır. Bütün bu müddət ərzində o, ailə üzvləri və vəkili ilə ünsiyyət imkanından məhrum edilib.

Yalnız oktyabrın 3-də onun vəkili ilə əlaqə saxlamasına şərait yaradılıb. O, koronavirusa yoluxmasına baxmayaraq, aclıq etdiyini və dərmanlardan imtina etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əhmədov vəkili ilə danışmasına imkan verildiyi üçün su içməyə başlayıb, amma yeməkdən və dərmanlardan hələ də imtina edir.

Kərimli Əhmədovu ölüm aclığını dayandırmağa çağırıb. O, Azərbaycan xalqının siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyindən əmindir.

“Niyaməddin bəy və digər siyasi məhbus dostlarımız uzun müddət həbsdə qalmayacaq. Vəkili Zübeydə xanımdan xahiş edirəm, mənim müraciətimi elə bu gün Niyaməddin bəyə çatdırsın”, deyə Kərimli qeyd edib. -06/16D-

*   *   *

2021 Oktyab 05 (Çərşənbə axşamı) 14:03:17

AXCP fəalı Niyaməddin Əhmədov quru aclığa başlayıb

Bakı/05.10.21 Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Niyaməddin Əhmədov Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq elan edib. Bu barədə onun ailə üzvləri məlumat verib.

O, aclığa hələ sentyabrın 22-də, məhkəmə prosesində prokuror onun 15 il müddətinə həbs edilməsini istədiyi zaman başlayıb.

Beş gün əvvəl o, sudan da imtina edib. Yaxınlarının sözlrəinə görə, onun vəziyyəti ağırdır və telefonla danışmaq üçün onu əlil arabası ilə gətirirlər.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Niyaməddin Əhmədov Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisidir. O, 2020-ci il aprelin 15-də saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib. Sonradan o, yeni maddə ilə – terrorçuluğu maliyyələşdirməkdə ittiham olunub və məhkəməyə verilib. İstintaq dövründə ona partiya liderinin əleyhinə ifadə verməsi üçün işgəncə ediblər, amma o, bu işgəncələr qarşısında möhkəm dayanıb. -16Â-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button