2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Kərimli hakimiyyətin davranışı barədə yazdı

Əli Kərimli: “Onlar səhvlərindən əl çəkmədikləri kimi, biz də doğrularımızdan əl çəkməyəcəyik!”

AXCP sədri Əli Kərimli Qarabağda 2-5 aprel döyüşlərdən sonra hakimiyyətin davranışı barədə feysbuk səhifəsində növbəti yazısını paylaşıb. Bu döyüşlərdə şəhid olan hərbçilərimizdən 70 nəfərinin fotosu ilə hazırlanaraq sosial şəbəkədə yayılmış albomla paylaşdığı yazıda AXCP lideri qeyd edir:

ali-karimli-qurultayda1Görürsünüz üçcə gündə nə qədər şəhid vermişik? Heç bu fotoda toplanmış 70 nəfər də son günlərin şəhidlərinin hamısı deyil. Allah onlara rəhmət eləsin! Ailələrinə səbr versin! Müstəqil jurnalistlər bu fotoları çətinliklə toplayıblar. Hakimiyyətin şəhidlərimizin sayını gizlətmək cəhdi çox böyük səhvdir. Ondan da böyük səhv şəhidlərin kimliyi haqda ətraflı məlumatların ictimaiyyətə verilməməsi, şəhidlərin yarımgizli şəraitdə dəfn edilməsi oldu. Normalda şəhid dəfnləri haqda əvvəlcədən KİV-də məlumat verilməli, şəhid dəfnlərində Türkiyədə olduğu kimi iqtidarlı-müxalifətli hamı iştirak etməli idi. Savaş və şəhidlər milləti birləşdirən faktor olmalıydı. Bizdə isə… Belə olmasına imkan vermədilər.
Evimin qarşısında törətdikləri tərbiyəsizlik etdiklərinin hamısı deyil. Milli Şura və AXCP rəhbərliyilə birlikdə dünən saat 1-də Biləcəridə şəhid dəfninə gedəcəkdik. Evdən çıxmağa hazırlaşanda məlumat aldıq ki, mənim dəfn mərasiminə qatılacağımı bilib, yerli hakimiyyət mərasimi saat yarım qabağa çəkib. Belə edib ki, mən dəfndə iştirak edə bilməyim. 2013-cü ilin yanvarında da belə etmişdilər. O zaman orduda döyülərək öldürülmüş Ceyhun Qubadovun 3 mərasiminə gedərkən, yolda məlumat verdilər ki, mənim gələcəyimi bilən hakimiyyət nümayəndələri mərasimdə iştirak edə bilməyim deyə, yasxananı sökdürüb. Budur bunların qabiliyyəti.
İndi də bu qədər şəhidimiz varkən, şəhid ailələri göz yaşları içində ikən, milli həmrəyliyə, milli təəssübkeşliyə xalqımızın bu qədər ehtiyacı olduğu halda, çirkin və düşük kampaniyalarını davam etdirirlər. Bazar günü olmasına baxmayaraq bu gün də öz muzdlu dəstələrini evimin qarşısına piketə göndərmişdilər. Dünən bunların keçirdiyi 2 piketdən sonra cəbhəçi gənclər də evimizin qarşısında dəstək aksiyası keçirdilər.
Hakimiyyətin son təxribatları ilə bağlı dünən yazdığım yazıya çox böyük dəstək gördüm. Xeyli adam evimizin qarşısında dəstək aksiyası üçün müraciət edir. Hamınızdan razıyam və heç bir dəstək aksiyasına ehtiyac yoxdur. Əslində ictimai rəyin sosial şəbəkədə ifadə olunmuş kütləvi dəstəyindən sonra azacıq ağlı olan adam səhv etdiyini anlayar, ziyanın yarısından da olsa, qayıdardıl… Amma bunlar səhvlərini davam etdirirlər.
Hakimiyyət belə ucuz şoularla heç nəyə nail ola bilməz. Milli maraqlarımız üçün ən doğru olanları etməkdə davam edəcəyik. Onlar səhvlərindən əl çəkmədikləri kimi, biz də doğrularımızdan əl çəkməyəcəyik!

Saytların yığılması Saytlarin yigilmasi

 

24saat.org AXCP sədrinin paylaşdığı statusu canlı təqdim edir:

Görürsünüz üçcə gündə nə qədər şəhid vermişik? Heç bu fotoda toplanmış 70 nəfər də son günlərin şəhidlərinin hamısı…

Ali Karimli (Əli Kərimli) tarafından gönderildi 10 Nisan 2016 Pazar

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button