2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli: “İlham Əliyev müxalifətə qarşı növbəti nifrət çıxışını edib”

ali kerimli3

Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Prezident ölkədə iqtisadi durumdan, koronavirusun iqtisadiyyata təsirlərindən danışıb və müxalifəti tənqid edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Azərbaycan xalqı, dünya birliyi tərəfindən çoxsaylı etirazlara baxmayaraq, İlham Əliyev müxalifətə, cəmiyyətin əhəmiyyətli bir hissəsinə qarşı növbəti nifrət çıxışını edib.

“Əslində bu çıxış 19 martdakı çıxışın başqa bir formada davamıdır və tamamilə əsassız tezislər üzərində qurulub. Birinci əsassız, yalan məlumat ondan ibarətdir ki, biz Milli Şura, AXCP olaraq hakimiyyətlə, iqtidarla dialoqdan imtina etməmişik. Dialoqun hansı mövzuları əhatə etməsi ilə bağlı öz təkliflərimizi irəli sürmüşük. Biz mənası, görüntü xatirinə imitiasiya xarakterli görüntüdən imtina etmişik. Əsl dialoqdan imtina etməmişik. Konkret olaraq həmin ümumilli maraqlarla bağlı təkliflərimizi irəli sürmüşük ki, hansı mövzularda danışa bilərik. İkinci yalan tezis ondan ibarətdir ki, koronavirusla bağlı ölkənin vəziyyətinin pisləşməsinə biz heç vaxt sevinməmişik. Biz yanvar ayından başlayaraq dövlətin koronavirusla bağlı mübarizəyə hazırlanması üçün öz profilaktik təkliflərimizi irəli sürmüşük. Əslində, kaş ki, bizim təkliflər yanvar ayından eşidiləydi. O zaman ölkədə koronavirusla da, sosial-iqtisadi durumla da bağlı daha yaxşı vəziyyət olardı. Əgər, ölkədə vəziyyət nə qdər pisdir, o qədər yaxşıdır prinsipi ilə yaşasaydıq Azərbaycan iqtidarına həm koronavirusla mübarizə ilə, həm də ölkənin sosial probelmlərinin həlli ilə bağlı çoxsaylı təkliflər verməzdik. Bizim təkliflərimiz ölkədə insanların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təklifərdir.

Üçüncü yalan, həqiqətə uyğun olmayan tezis ondan ibarətdir ki, biz bu vəziyyətədə ölkə əhalisinə pislik arzulayırıq, dövlətə və millətə qarşıyıq. Birincisi İlham Əliyevin özündən və rəhbərlik etdiyi partiyadan fərqli olaraq Xalq Cəbhəsi bu dövlətin birbaşa qurucusu olan hərəkatın varisidir. Bu dövləti faktiki biz qurmuşuq, işğalçılardan biz qorumuşuq. Vətən uğrunda müharibədə biz şəhid olmuşuq. Bizim silahdaşlarımız şəhid olub. Xalq Cəbhəsinin sıralarından minlərlə insan şəhid olub. Hazırda da Əliyevin türmələrində neçə nəfər Qarabağ qazisi olan cəbhəçi funksioner yatır. Ona görə Azərbaycan dövlətinə qarşı olmaqda Xalq Cəbhəsini, onunla birlikdə olan Milli Şuranı ittiham etmək absurddur, yalandır. Azərbaycan xalqına qarşı olmaq, yenə də mümkün deyil. Çünki bizim elə bu koronavirusla mübarizə dövründə irəli sürdüyümüz təkliflər əslində xalqın təklifləridiir. Biz necə xalqa qarşıyıq ki, milyonlarla insanın bu gün ağır sosial vəziyyətindən öz narazılığımızı dilə gətiririk. Biz həmin insanlar üçün sosial yardım istəyirik. Birbaşa hər bir şəxsə, hər bir ailəyə çatacaq yardım tələb edirik. Biz özümüz üçün nə isə tələb edirikmi? Qətiyyən! Bizim bütün tələblərimiz Azərbaycan xalqı üçündür. Xalq bunu bilir və bizə dəstəyini artırır. Ona görə də hakimiyyət narahat olub. Ona görə də tamamilə absurd və əsassızdır.

Bizim koronavirusla mübarizə dövrünü bir fürsət bilməyimizi deməsi də tamamilə yalandır. Çünki, biz hələ dövlət rəsmi karantin elan etməmişdən qabaq özümüzün bütün strukturlarında karantin elan etmişik. Bütün toplantıları dayandırmışıq. Biz ilk gündən sıx karantinin tərəfdarı olduğunuz bildirmişik və karantin qaydalarına əməl olunmasını hamıdan xahiş etmişik. Bizim heç zaman karantik qaydalarını pozmaqla bağlı çağırışlarımız olmayıb. Karantin dövründə və koronavirusun yayıldığı dövrdə heç bir kütləvi aksiya planlaşdırmamışıq və buna cəhd etməmişik. Heç zaman insanları etiraz aksiyasına çağırmamışıq. Bu da növbəti bir yalandır.

Nəhayət, çıxışdakı növbəti yalan ondan ibarətdir ki, İlham Əliyev bildirib ki, biz artıq 27 ildir tarixin harasındayıq (zibilliyində deyir, nə deyir). Əgər elədirsə, onun nə işi var tarixin zibilliyində. Bizimlə nə işi var? Əgər biz artıq tarix olmuşuqsa, həm də onun hörmətsiz bir yerində olmuşuqsa, müxalifətlə də dialoq yaradıbsa, ölkədə də hər şey çox əla vəziyyətdədirsə, o zaman niyə işini-gücünü atıb ölkəyə rəhbərlik edən adam, həmin bu, guya tarixə atılmış siyasi qüvvələrlə yalnız mübarizə aparır. Bu adam nə zaman tarixin zibilliyində olmayan siaysi qüvvələrlə mübarizə aparacaq? Niyə, bu, ancaq tarixin zibilliyində olanlarla mübarizə aparır. Özünə bu barədə bir sual verirmi? Bu necə güclü hökumət, iqtidar başçısıdır ki, artıq tarixə yuvarlanmış siyasi qüvvə ilə bütün karyerası boyu mübarizə aparır. İlin-günün bu vaxtında dünyanın gündəminə nə ilə gəlir? Koronavirusdan müxalifətə qarşı istifadə emtəklə gündəmə gəlir. Danışsın, AZTV auditoriyasını öz aləmində sakitləşdirsin. Bütün dünya İlham Əliyevin koronavirusdan siyasi məqsədlər üçün sui-istifadəsindən yazır. Mənim, müxalifət partiyasının sədrinin interneti niyə bağlanmalıdır? Niyə imkan vermir ki, mən sözünü xalqa çatdırım. Bir sıra hallarda hətta məni mobil telefondan istifadədən də məhrum edir. Nəyə görə bu vəziyyət olmalıdır? Nəyə görə insanlar həbs olunmalıdır?

Xalq Cəbhəsinin, Milli Şuranın bu günlərdə yeddi nəfər fəalı uydurma ittihamlarla həbs olunub. Təkcə Xalq Cəbhəsinin, Milli Şuranın fəalları deyil, jurnalistlər həbs olunub, ADR Hərəkatının, Müsəlman Birliyi Hərəkatının, hərəsinin iki finksioneri həbs olunub. Bütövlükdə demokratik düşərgədən (mənim son günlər internetə çıxışım yoxdur, son məlumatları bilmirəm) 15-20 nəfərədək insan repressiyaya məruz qalıb. Tofiq Yaqublu kimi nüfuzlu siyasətçi şərlənərək həbs olunub. Hökumət koronavirusla mübarizə ilə məşğuldur, yoxsa tarixə gömdüyünü dediyi həmin o müxalifətlə mübarizə ilə məşğuldur? Mənə elə gəlir ki, Azərbaycan xalqı bilir ki, Azərbaycan iqtidarı uğursuz bir iqtidardır. O cümlədən son, karantin dövründə xalqın sosial problemlərini həll edə bilməyi bacarmayan bir iqtidardır. AXCP və Milli Şuraya qarşı təzyiqlər də məhz Azərbaycan xalqının sözünü dediyi üçün yaşanır,” AXCP sədri müsahibəsində bildirib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button