2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əli Kərimli: “İlham Əliyev şəxsən Tofiq Yaqubluya nifrətlə yanaşır”

Partiya sədrləri Tofiq Yaqublu ilə bağlı atacaqları addımlardan danışıblar

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunun ailəsi və vəkili ilə konfidensial görüşə icazə verilməməsini çox ciddi qanun pozuntusu adlandırıb.

Arif Hacılı məhbusun ailəsi və vəkil ilə görüşünün mütləq konfidensial olmasını qanunun tələb etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, bu barədə Meydan TV-nin suallarını cavablandırarkən deyib.

Yanvarın 9-da vəkil Nemət Kərimli Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada Tofiq Yaqublu ilə görüşüb.

Vəkil Meydan TV-yə deyib ki, müvəkkili ilə konfidensial görüşünə imkan verilməyib: “Qanunsuz olaraq, polis əməkdaşı Tofiq Yaqublu ilə görüşümüzdə iştirak etdi. Halbuki vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək hüququ var”.

Müsavat başqanı hesab edir ki, Tofiq Yaqubluya bu yanaşmanın səbəbi hakimiyyətin ona xüsusi qərəzli münasibətinin nəticəsidir.

Arif Hacılı
Mənbə: Meydan Tv

Arif Hacılı Müsavat Partiyasında aclıq aksiyasına qoşulmaq istəyənlərin olduğunu da söyləyib: “Hazırda müzakirələr davam edir. Ehtimal ki, yanvarın 9-dan Tofiq Yaqubluya dəstək aksiyası başlanacaq”.

AXCP sədri Əli Kərimli Tofiq Yaqubluya münasibətdə iki səbəb görür.

Onun fikrincə, Daxili İşlər Nazirliyinin Binəqədidə Müvəqqəti Saxlama Məntəqəsində uzun illərdir xüsusi rejim tətbiq olunur:

“Bir qayda olaraq həmin məntəqədə siyasi məhbuslar saxlanılır, bu məntəqə yüzlərlə cəbhəçinin gəlib keçdiyi yerdir. Ona görə rejim qaydaları çox sərtləşdirilib. Hətta dostlarımız deyir ki, Müvəqqəti Saxlama Məntəqəsində 1 aylıq həbs digər istintaq təcridxanaları və ya cəzaəkmə müəssisələrindəki 4-5 aylıq həbsə bərabərdir. Yəni orada problem ümumidir”.

“İkinci səbəb Tofiq bəyin şəxsiyyəti ilə bağlıdır. Sirr deyil ki, İlham Əliyev şəxsən Tofiq Yaqubluya nifrətlə yanaşır, o cümlədən, Daxili İşlər Nazirliyinin rəhbərliyi də. Onun çox qəddarlıqla döyülüb işgəncəyə məruz qalması, keçirdiyi açlıq, stress, bütün bunlar Tofiq bəyə qərəzli, qisasçı mövqenin olmasına şahiddir”, – deyə Kərimli bildirib.

Əli Kərimli deyir ki, Tofiq Yaqublunun ailəsi və vəkili ilə konfidensial görüşlərə qadağaların qoyulması, hətta evindən üzqırxan gətirilməsinə qədər primitiv, qərəzli məhdudiyyətlər qisasçılıq hissindən doğur:

“Tofiq Yaqublu da bütün bunlara etiraz edir, həm də Müvəqqəti Saxlama Məntəqəsindəki qaydalarının qəddar olmasına etiraz edir. Ona görə də bu gün aclığın dördüncü gündədir”.

AXCP sədri partiya funksionerlərinin xeyli hissəsinin aclıq aksiyasına başlamaq qərarına gəldiklərini deyib:

“Kütləvi aclıq aksiyası olacaq, o cümlədən, partiyanın bir çox rayon sədrləri də aksiyaya qoşulur. Sadəcə, yer məsələsi həllini tapan kimi kütləvi aclıq aksiyası olacaq. Bizim Maya xanımdan xahişimiz olacaq ki, o aksiyanı dayandırsın, artıq cəbhəçilər başlayırsa, buna ehtiyac yoxdur. İlkin olaraq, kütləvi aclıq aksiyasının başlanması Tofiq Yaqubluya ciddi dəstək ola bilər. Əlbəttə, sadaladıqlarım hakimiyyəti bir az özünə gətirər ki, bu qədər qisasçı olmaq olmaz”.

“Hər dəfə hakimiyyətin Tofiq bəyə qarşı qəddar, qisasçı mövqeyi ictimai rəy tərəfindın hökumətin daha da qınanmağına gətirir və hökumətə qarşı ikrah yaradır. Yəqin ki, hökumət də bir az özünə gəlib Tofiq bəyə qarşı qərəzli münasibətdən imtima etməlidir. Eləcə də Müvəqqəti Saxlama Məntəqəsində inzibati qaydada saxlanılan insanlara qarşı qəddar münasibət aradan qaldırılmalıdır”, – Əli Kərimli qeyd edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbsdə yanvarın 5-dən başladığı aclığı davam etdirir.

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.

O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.

Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib. Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir.

“Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.

Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasıda saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı.

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button