2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli İlham Əliyevi belə mat elədi

AXCP PA-nın “dialoq” adı altında qurduğu planı pozdu

Artıq bəlli olduğu kimi, Prezident Administrasiyasından AXCP sədri Əli Kərimliyə görüş təklifi gəlib. PA-nın siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyev AXCP sədri ilə görüşmək istəyib. AXCP sədri də bu təklifə partiyanın cavabını martın 10-da Osmanqızı kanalına canlı yayımla müsahibəsində açıqlayıb. Bəlli olub ki, partiya hakimiyyətlə görüşüb dialoq aparmağa razıdır, lakin bunun predmetli və subordinasiya qaydalarına uyğun aparılmasını istəyir. Ə.Kərimlinin həmin açıqlamasından dərhal sonra, martın 11-də ölkə başçısı İlham Əliyev məsələyə münasibət bildirib. Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışı zamanı o, AXCP-nin təklifinə mənfi münasibət ifadə edib, bunu “dialoqdan imtina” kimi qiymətləndirib və partiyanın ünvanına aşağılayıcı ifadələr işlədib.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədri Əli Kərimli İlham Əliyevin dediklərinə özünün feysbuk səhifəsində geniş yazı ilə münasibət bildirib. Yazını təqdim edirik:

Necə demişdik? Demişdik ki, ya predmetli, bərabərhüquqlu iqtidar – müxalifət dialoqu olacaq, ya da biz imitasiyada iştirak etməyəcəyik. Xalq qarşısında verdiyimiz sözü tutduq. Dialoqdan imtina etmədik, ancaq imitasiyada rol almaqdan imtina etdik.

Hakimiyyət AXCP sədri olaraq mənimlə görüş təklif edəndə belə bir sadə sxem üzrə düşünmüşdü: AXCP sədri bizim istədiyimiz formada, yəni şərtsiz qaydada Prezident Aparatının şöbə müdiri ilə görüş təklifini qəbul edərsə, çox yaxşı. Başlatdığımız dialoq imitasiyası bir az ciddiləşər, islahat nağılına yeni nəfəs verərik, həm də xalqa göstərərik ki, ritorikası fərqli olsa da, əməldə AXCP də digərlərindən fərqlənmir. Yox, əgər görüş, “dialoq” təklifimizdən imtina edərsə, o da pis deyil. Onda da kampaniya başladarıq ki, biz iqtidar – müxalifət dialoqunu həqiqətən istəyirdik. Hətta AXCP-yə də görüş təklif etdik, ancaq AXCP dialoqdan imtina etdi. Çünki o radikaldır, dinc, tədrici islahatlara qarşıdır və s.

Ancaq biz hökumətin görüşmək təklifinə onların hesablamadığı cavabı verdik. Nə qaçaraq görüşə yollandıq, nə də görüşdən imtina etdik. Mövqeyimizi aşkar şəkildə, xalqın qarşısında bəyan etdik ki, dialoq təşəbbüsünüz ciddidirsə, dialoqun mövzusu, predmeti olmalıdır. Dialoq zamanı subordinasiya qaydalarına əməl olunmalıdır. Bildirdik ki, AXCP sədrinin müavini Seymur Həzi Prezident Aparatının şöbə müdüri Ədalət Vəliyevlə ilk növbədə bu mövzuları müzakirə edə bilər.
1.Siyasi məhbusların azad edilməsi;
2.Sərbəst toplaşma azadlığının təmin edilməsi;
3.Seçki islahatının aparılması;
4.Yeni seçkilərin keçirilməsi;
5.Qarabağ problemi və dövlətin təhlükəsizlik məsələləri.

Gördüyünüz kimi, AXCP özünün, üzvlərinin, sədrinin pozulmuş hüquqları ilə bağlı deyil, yalnız ümumxalq maraqlarına uyğun məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Onu da bildirdik ki, tərəflərin nümayəndələri müzakirə olunan məsələlərlə bağlı ilkin razılıq əldə etsə, gerçək dialoq tərəflərin rəhbərliyi səviyyəsində davam edə bilər.

Bizim bu mövqeyimizə cavabı bir gün sonra İlham Əliyev özü verdi və bizim imitasiyadan imtina edib, real məzmunlu dialoqa hazır olmağımızı görüşdən imtina kimi qiymətləndirdi. Bizim əvvəlcədən də güman etdiyimiz özünü doğrultdu. Təsdiqləndi ki, hakimiyyət real müxalifətlə predmetli və gerçək dialoqa hazır deyil, onun istədiyi dialoqun görüntüsünü yaratmaq, imitasiya ilə xalqı və dünya ictimaiyyətini aldatmaq idi. AXCP-nin səbatlı, prinsipial mövqeyi hakimiyyətin bu niyyətini də ifşa etdi. AXCP bu sınaqdan da üzüağ çıxdı. Xalqımız əmin olsun ki, AXCP hər zaman prinsiplərinə sədaqətli olacaq. Bizim üçün şəxsi və qrup maraqları heç vaxt milli maraqlarımızdan, xalqımızın ümumi maraqlarından öndə olmayacaq.

O ki qaldı İlham Əliyevin AXCP-ni “marginallaşmış”, “dərnək tipli qruplaşma” adlandırmasına, həvəsi varsa, özünü aldatsın, xalqı belə yalanlar aldatmaz artıq. Adama deyərlər, sən necə güclü, sabit hakimiyyətsən ki, həmin “dərnək tipli qruplaşmanın” mitinqlərindən qorxursan, bir ildən çoxdur ki, mitinqlərə razılıq verməyə ürək etmirsən, həmin “qruplaşma” mitinq edəndə şəhərin mərkəzində, metronu, ictimai nəqliyyatı, interneti, hətta mobil rabitəni bağlayırsan, şəhərin mərkəzinə zirehli texnika yeridirsən?

Hə, bir də İlham Əliyev gərək unutmasın ki, söhbət artıq təkcə Milli Şura və AXCP-dən getmir, xalqımızın mütləq əksəriyyəti indiki hakimiyyətə müxalifətdədir və köklü dəyişiklik istəyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button