2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əli Kərimli inanclı siyasi məhbuslar barədə yazdı

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində inanclı siyasi məhbusların müdafiəsinə çağırıb. Ə.Kərimli yazıb:

“Nardaran işi” məhkəməsində Tale Bağırzadə “bandotdel”də başına gələn kədərli, həm də ibrətamiz bir hadisəni danışmışdı. Tale bəy deyirdi: “Növbəti dəfə ağır işgəncələrə məruz qaldım. İşgəncə verərək məndən tələb edirdilər ki, Əli Kərimlinin əleyhinə yalan ifadə verim. Deyim ki, bütün bu Nardaran hadisəsinin arxasında Əli Kərimli durur. Mən də belə bir yalan ifadəni vermirdim. İşgəncədən sonra ayaq üstə dura bilmirdim. Qoluma girərək, sürüyə-sürüyə kamerama gətirdilər. Məni gətirən, işgəncə verən polislərdən biri dedi ki, indi biz tam əmin olduq, siz Əli Kərimli ilə bir yerdəsiniz, bu qədər işgəncədən sonra da Əli Kərimliyə qarşı ifadə vermədiniz. Mən də dedim ki, nəinki Əli Kərimliyə qarşı, heç sizə qarşı da yalan ifadə verib, böhtan atmaram. Mən kimisə qorumaqdan daha çox, öz şəxsiyyətimə sığışdırmadığım üçün yalan ifadə verib, kimisə şərləmərəm. Təəssüf ki, sizlər bizi başa düşməzsiniz”.

Saytların yığılması Saytlarin yigilmasi

Aşura günü bu hadisəni ona görə xatırladıram ki, İmam Hüseyn məktəbini düzgün anlamış dindarlarımız da çoxdur. Onlar İmam Hüseyndən zülmə, zillətə boyun əyməmək, zalımın qarşısında susmamaq, ədalət uğrunda mübarizə aparmaq dərsini alıblar. Elə ona görə də indi həbsdədirlər, siyasi məhbus həyatı yaşayırlar. 7 oktyabr mitinqində Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Hacı Abgül, Ruhulla Axundzadə, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara, eləcə də bütün siyasi məhbuslara azadlıq tələb edəcəyik. 

Məgər doğru söz dediyi, xalqının yanında olub ədalət axtardığı üçün zindanlara düşmüş siyasi məhbuslara azadlıq tələb etmək vicdan borcu deyilmi? Siz də gəlin, 7 oktyabr mitinqində darda olan siyasi məhbuslara, əlimizdən alınmış sərvətlərimizə, hüquqa, ədalətə, azadlıq tələb edək!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button