2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli koronavirusla bağlı mühüm təkliflər verdi

AXCP sədri Əli Kərimli

  • Koronavirus şübhəlilərinin kütləvi test edilməsi təmin edilməlidir.
  • Çinin, Cənubi Koreyanın, Sinqapurun təcrübəsi təsdiq edir ki, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün insanların evlərində qalması effektlidir. Xüsusi zərurət olmadan küçələrə, ofislərə, ictimai yerlərə çıxışlar məhdudlaşdırılmalıdır.
  • Xəstəxanalar mümkün qədər boşaldılmalıdır. Həyat təhlükəsi yaratmayan bütün xəstəliklərin müalicəsi, cərrahi əməliyyatlar sonraya saxlanılmalı, maksimum reanimasiya otaqları və tibbi personal virus təhlükəsi üçün səfərbər edilməlidir.
  • Bu barədə ayrıca yazmışdım. Koronavirus xəstələrini xilas etmək üçün ağ ciyər ventilyatorları (süni nəfəs aparatları) ən vacib avadanlıqdır. Mümkün qədər çox süni nəfəs aparatı koronavirus xəstələri üçün səfərbər edilməli, yeni aparatlar alınmalı və tibbi personal aparatdan istifadə təlimləri keçməlidir.
  • İtaliyada koronavirusa yoluxanların 8 faizi (2600 nəfərdən artığı) tibb işçiləri olub. Tibb işçilərinin özünün virusdan etibarlı qorunması təmin edilməlidir.
  • Bütün siyasi məhbuslar, o cümlədən ən təhlükəli cinayətkarlar istisna olmaqla həbsdə olan şəxslərin mütləq əksəriyyəti dərhal azad edilməlidir.
  • Hərbi hissələr, cəzaçəkmə müəssisələri, polis idarələri, kommunal xidmətlər və fəaliyyətini davam etdirməli olan digər xidmətlərdə çalışanların virusdan müdafiəsi üçün xüsusi tədbirlər görülməlidir.
  • Hazırda hökumət pulu çox saymalı deyil, ölkənin bütün resursları insan həyatının xilası və maddi çətinliklərin aradan qaldırılmasına yönəlməlidir. Əhalinin sosial müdafiəsi üçün hökumət təcili tədbirlər paketi qəbul etməlidir.
  • İlkin sosial müdafiə tədbiri olaraq təklif edirəm ki, hökumət təcili qaydada aylıq gəliri 750 manatdan (təqribən orta aylıq əmək haqqı) az olan hər bir şəxsə 300 manat miqdarında birdəfəlik yardım etsin. Xatırladım ki, ABŞ kimi xalqın yüksək əmək haqqı aldığı ölkədə adambaşına min dollardan yardım ediləcək. 51 milyard dollar rezervi olan dövlətimiz vətəndaşlarına təqribən bir milyard dollar miqdarında (1,7 milyard manat) nağd yardım etsə, dünya dağılmaz, ancaq vətəndaşlarımızın sosial çətinliyi bir az azalar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button