2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli mitinqin nəticəsindən yazdı – “Təşəkkür, fədakar insanlar!”

AXCP sədri Əli Kərimli Milli Şuranın 8 aprel mitinqinin nəticələri barədə fikrini paylaşıb. Ə.Kərimli feysbuk səhifəsində qeyd edib ki, hakimiyyət mitinqi pozmaq üçün bütün vasitələrə baş vurub. Mitinqin vaxtı 3 gün qalmış dəyişdirilib, əyalərlərdən gəlmək istəyənlərin qarşısı alınıb, Bakının özündə çoxsaylı əngəllər tətbiq olunub.

“Bütün maneələrə baxmayaraq, Milli Şuranın mitinqi baş tutdu. Hakimiyyət mitinqin baş tutmaması üçün çox maneələr yaratmışdı. Bütün tirajlı saytlar mitinq ərəfəsi bloklandı. Mitinqin keçirilməsinə 3 gün qalmış vaxtı dəyişdirildi, 6-cı günə salındı. Dövlət idarələrində, özəl müəssisələrdə adamları işə çağırdılar. Təhsil ocaqlarında müəllim və tələbələrin mitinqdə iştirakına mane olmaq üçün hədələmədən müxtəlif qondarma tədbirlərə qədər düşünüldü. Ancaq yenə də minlərlə insan fədakarlıq edib, mitinqə gəldi. Ailə hakimiyyətini qəbul etmədiklərini dilə gətirdi, “korrupsiyaya, talana son!”, “siyasi məhbuslara azadlıq!” tələb etdi. Təşəkkürlər, fədakar insanlar! Yaxşı ki, sizlər varsınız!”, – deyə AXCP sədri yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button