2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əli Kərimli prokurorluğa çağırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prokurorluğa çağırılıb.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Kərimlidən başqa, Gözəl Bayramlının özü və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib.

G.Bayramlının bildirdiyinə görə, rəsmi çağırış məktubunda onların aprelin 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmaları istənilib.

«Konkret olaraq hansı işlə bağlı çağırıldığımız haqda bilgi verilmir. Cinayət işinin nömrəsi qeyd olunub. Şahid kimi ifadəmizə zərurət yarandığı bildirilib», – G.Bayramlı bildirib.

AXCP sədri Əli Kərimlinin özü isə deyib ki, prokurorluq hakim partiyanın göstərişi ilə hərəkət edir.

«Biz (Milli Şura) «Talana, korrupsiyaya, monarxiyaya yox!» tələbi ilə mitinq təşkil edəndə, Yeni Azərbaycan Partiyasının sözçülərindən olan Siyavuş Novruzov demişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan mühacirlərə üzvlük vəsiqələri verib. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq, bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdik», – Ə.Kərimli bildirib.

Absurd hesab etdikləri işlərə cəlb olunmalarının ilk olmadığını deyən Ə.Kərimli prokurorluğa gedəcəklərini bildirib.

Ə.Kərimlinin bu açıqlamalarına, hələlik, prokurorluqdan münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button