2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əli Kərimli Xədicə İsmayılı mükafat münasibətilə təbrik etdi

AXCP sədri Əli Kərimli Right Livelihood Award mükafatına layiq görülən jurnalist Xədicə İsmayılı təbrik edib:

“Hörmətli Xədicə İsmayılı ürəkdən təbrik edirəm! Xədicə xanım Alternativ Nobel mükafatı adlandırılan nüfuzlu Right Livelihood Award (dürüstlüyə görə) mükafatına layiq görülüb. Xədicə xanım bu mükafata Əliyevlər ailəsilə bağlı korrupsiyanı cəsarətlə araşdırdığına görə layiq görülüb. Ona görə də Xədicə İsmayılın belə bir nüfuzlu beynəlxalq mükafata layiq bilinməsi ilk növbədə onun cəsarətli araşdırmalarına verilən obyektiv qiymət olsa da, eyni zamanda korrupsioner Azərbaycan hakimiyyətinə növbəti zərbədir. Sülalə hakimiyyətinin korrupsioner olduğunun beynəlxalq səviyyədə bir daha vurğulanmasıdır. Xədicə xanım həm də siyasi məhbuslara verdiyi dəstəyə, insan hüquqlarını ardıcıl müdafiə etdiyinə görə bu yüksək mükafata layiq bilinib. Deməli, bu yüksək mükafat həm də Azərbaycandakı siyasi məhbuslara verilən dəstəkdir. Bir daha təbriklər, Xədicə xanım!”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button