2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli YAP-çı deputatı qorumağa çağırdı

AXCP sədri Əli Kərimli jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq həbs edilməsi barədə YAP-çı deputat Elman Nəsirovun dediklərinə münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində yazıb ki, E.Nəsirovu məlum açıqlamasına görə qınamaq yox, gedib Avropa strukturlarında da dediklərini təkrar etməyə həvəsləndirmək lazımdır:

“Siyasətimizin “yeni parlayan ulduzu” deputat Elman Nəsirovdan nə xəbər var? Onu qorumaq lazımdır. Deputatın Əfqan Muxtarlının oğurlanıb Bakıya gətirilməsi haqda dediyi “Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir” sözləri olduqca qiymətli şahid ifadəsidir. Deputat rejimin Əfqan bəyi oğurlayaraq gətirdiyini rəsmən təsdiq edib. Onun ifadəsi təsdiq edir ki, Əfqan bəyə qarşı irəli sürülmüş ittihamlar quramadır. Elman Nəsirovu Siyavuş Novruzova oxşadıb qınamaq yox, Avropa Parlamentinə göndərib, orada da çıxışını təşkil etmək lazımdır. Qoy gedib, Avropa Parlamentindəki dinləmələrdə də təsdiq etsin ki, Azərbaycandakı rejim Əfqan bəyə qarşı bu cinayəti Gürcüstan hakimiyyətilə birlikdə törədib”.

Saytların yığılması Saytlarin yigilmasi

Elman Nəsirov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button