2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Kərimlidən Ermənistanın həyasız tələbinə reaksiya

“Hər cür həqarətə, işğala dözəndə düşmən də cəsarətlənib öz torpaqlarımızı öz əllərimizlə verməyimizi tələb edər”

AXCP sədri Əli Kərimli Ermənistan rəhbərliyinin Bakıya qarşı 2-5 aprel döyüşlərindən əvvəlki mövqelərə çəkilmək tələbinə münasibət bildirib. AXCP lideri bunu düşmənin həyasızlığı və Azərbaycan rəhbərliyinin zəifliyi kimi qiymətləndirib. Əli Kərimli facebook səhifəsində yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan tələb edir ki, aprel döyüşlərindən əvvəlki status-kvo bərpa olunsun, yəni azad etdiyimiz iki təpəni geri qaytaraq. Əks təqdirdə sülh danışıqlarından imtina edəcəklərmiş. Nədir bu – düşmənin həyasızlığı, yoxsa bizi təmsil edənlərin zəifliyi və bacarıqsızlığı? Bəlkə hər ikisi? Əlbəttə, bizi təmsil edənlər 1988, 1990, heç olmasa 92-93-cü illər vəziyyətinin bərpa olunmasını şərt olaraq qoymayanda, “Tərtərdə, Goranboyda, Lələtəpədə nə ölümünüz var?” deməyəndə, hər cür təhqirə, həqarətə, işğala dözəndə düşmən də cəsarətlənib, həyasızlaşıb, öz torpaqlarımızı bu dəfə də öz əllərimizlə işğalçıya verməyimizi tələb edər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button