2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimlinin blokadaya alınmasına ictimaiyyətdən açıq etiraz

Biz müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 13 aprel 2020-ci ildən etibarən internet və telefon əlaqələrindən məhrum edilməsindən çox narahat olmuşuq. Hazırda dünyanın diqqəti koronavirus pandemiyası ilə mübarizəyə cəlb olunub və təəssüf ki, Azərbaycan da bu virusun yayıldığı, ona qarşı mübarizəyə resurs və enerji sərf etməyə məcbur olmuş ölkələrdən biridir. Lakin belə bir şəraitdə ölkəmizin adı dünya mediasında həm də koronavirusla bağlı vəziyyətdən müxalifətə təzyiq üçün istifadə olunduğu ölkə kimi hallanır. Ölkəmizin indi belə imiclə tanıdılmasına hakimiyyətin məhz bu günlərdə müxalif fəallara qarşı repressiv davranışı səbəb olub və bu, bizdə dərin təəssüf hissi doğurur.
Koronavirusla mübarizə dövrünə girdiyimiz vaxtdan bəri Azərbaycanda 20 nəfərdan artıq ictimai-siyasi fəal repressiyaya məruz qalıb. Onların arasında Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu kimi çox tanınan siyasətçi də var, jurnalistlər də, vətəndaş cəmiyyətinin aktivistləri də. Əksəriyyəti AXCP üzvləri olan bu repressiya qurbanları ya cinayət işi üzrə, ya da inzibati qaydada həbsə məhkum ediliblər, barələrində cinayət işi açılıb və s. Hüquq mühafizə orqanları və məhkəmələr onları əsas etibarilə törətmədikləri hansısa bir əməldə təqsirli çıxarıblar.

Belə bir vəziyyətdə AXCP sədri Əli Kərimlinin internet və telefon əlaqələrinin kəsilməsi təsadüfi ola bilməz. Aydındır ki, bununla Əli Kərimlini cəmiyyətlə ünsiyyətdən məhrum etmək, onun tənqidi çıxışlarının qarşısını almaq məqsədi güdülür. Müxalifətə qarşı yeni təqiblər İlham Əliyevin 19 mart 2020-ci il tarixli çıxışından sonra başlayıb, 14 aprel 2020-ci il tarixli çıxışından sonra isə bir az da güclənib. Təəssüf ki, ölkə başçısı həmin çıxışlarında Azərbaycan vətəndaşlarının əhəmiyyətli bir hissəsini təmsil edən müxalif düşərgə haqqında “düşmən”, “5-ci kolon” kimi epitetlərlə danışdı, bu düşərgə təmsilçilərinin təcrid edilməli olduğunu vurğuladı. Ölkə başçısı bu çıxışlarında “düşmən” deyərkən Milli Şura və AXCP-ni nəzərdə tutduğuna aydın işarə vurub və bunun belə olduğunu sonradan hakimiyyətin başqa təmsilçiləri, o cümlədən Baş nazirin müavini Əli Əhmədov publik çıxışlarında məhz AXCP-nin və bu təşkilatın lideri Əli Kərimlinin adını çəkərək açıq mətnlə təsdiqləyib. Biz eyni zamanda məsələnin humanitar təhdid xarakteri aldığından narahatçılığımızı ifadə edirik. Əli Kərimlinin siyasi təqibi müstəvisində internet əlaqələrindən məhrum edilməsi, bütövlükdə onun ailəsini təcrid vəziyyətinə salmışdır. Pandemiyanın geniş yayıldığı iki ölkədə yaşayan övladları ilə kommunikasiya imkanlarından məhrum edilmiş bir ananın vəziyyətini təsəvvür etmək son dərəcədə sarsıdıcıdır. İnternetin kəsilməsi nəticəsində ailənin məktəbli övladının onlayn təhsildən məhrum edilməsinin isə ümüumiyyətlə izahı yoxdur. İnternet və mobil telefon şəbəkəsinin sıradan çıxarılması karantin dövründə ailənin dolanışığı üçün ciddi çətinliklər yaratmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

Dərin təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdə onsuz da bir çox fundamental hüquqlar məhdudlaşdırılıb. Azad mətbuat boğulub, sərbəst toplaşmaq azadlığı son 1 ildə tamamən qadağan edilib, ölkədə 130 nəfərdən artıq siyasi məhbus var, həbs yerlərində dustaqlara, o cümlədən siyasi məhbuslara işgəncə verilməsi praktikası geniş yayılıb, seçki institutu sıradan çıxarılıb, vətəndaş cəmiyyətinə ağır zərbələr vurulub və s. Belə bir vaxtda biz çox narahatıq ki, azadlıqlar baxımından ölkəmizdə xüsusən də müxalif düşərgə və vətəndaş cəmiyyəti fəalları üçün yeganə nəfəslik olan internet azadlığına da böyük zərbə vurulmuş olacaq. Biz hesab edirik ki, Əli Kərimlinin internetə çıxış imkanından məhrum edilməsi gələcəkdə hökumətin başqa tənqidçilərinə, müxalif mövqeli ictimai-siyasi fəallara qarşı da tətbiq edilmək üçün presedentə çevrilə bilər. Bu baxımdan biz ölkəmizin gələcəyi üçün narahatlığımızı ifadə edirik. Biz Əli Kərimlinin internet-kommunikasiya əlaqələrini təcili bərpa etməyə çağırırıq və hakimiyyətin bu çağırışı nəzərə almalı olduğunu bildiririk. Biz dünyanın demokratik ictimaiyyətini də Azərbaycanda indi baş verənlərə daha həssas və diqqətlə yanaşmağa səsləyirik. Beynəlxalq təşkilatlar Azərbaycan xalqına özünün fundamental hüquqlarından istifadə edə bilməkdə yardım göstərməlidir.

Cəmil Həsənli
ABŞ-ın Beynəlxalq Vudro Vilson Mərkəzində dəvətli tədqiqatçı

Qubad İbadoğlu
ABŞ Rutgers Universitetinin professoru

Gültəkin Hacıbəyli
Elmlər doktoru, siyasi və ictimai xadim

Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun direktoru

Leyla Əliyeva
Oksford Universitetində tədqiqatçı

Elmira Muradəliyeva
Professor

Mehman Əliyev
Jurnalist

Şahvələd Çobanoğlu
Jurnalist

Çingiz Sultansoy
Jurnalist

Arif Məmmədov
Keçmiş səfir

Ramiz Yunus
Siyasi təhlilçi

Zaur Əkbər
İctimai xadim

Güllü Cahangir
İctimai xadim

Aqil Layic
Vəkil

Bəxtiyar Hacıyev
İctimai xadim

Xədicə İsmayıl
Araşdırmaçı jurnalist

Anar Məmmədli
İctimai xadim

Nəsimi Məmmədli
Siyasi təhlilçi

Fərhad Mehdiyev
Professor

Əfqan Muxtarlı
Araşdırmaçı jurnalist

Vidadi Mirkamal
Ədliyyə generalı

Eldəniz Quliyev
Ziyalılar Birliyinin rəhbəri

Fuad Ağayev
Vəkil

Namizəd Səfərov
Vəkil

Araz Gündüz
İctimai xadim

Rafiq Manaflı
Siyasi xadim

Vahid Məhərrəmli
Aqrar sahə eksperti

Rövşən Əhmədli
Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri

Qənimət Zahid
Jurnalist

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button