2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əli Kərimlinin müavini Gözəl Bayramlının saxlandığı deyilir

Bu gün, mayın 25-i axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının saxlandığı bildirilir.

Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Kərimılinin bildirməsinə görə, Gözəl Bayramlını Gürcüstandan qayıdarkən Qazax rayonunda Sınıq Körpü sərhəd keçid məntəqəsində saxlayıblar.

“İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl Bayramlının çantasına nəsə atıb (hələ, nə olduğu bilinmir- Ə.K) onu saxlayıblar”

AXCP sədri hadisə ilə bağlı hakimiyyətə müraciət edib. O, qadin siyasətçinin şərlənməsinin pis nəticələr verə biləcəyini deyib:

“ Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button