2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Əli Kərimliyə qarşı kampaniya repressiyanın bir əlamətidir”

İctimaiyyətin AXCP liderinə dəstəyi davam edir

Hakimiyyət Qarabağda son döyüşləri dayandırandan bir neçə gün sonra, daha dəqiqi aprelin 9-da AXCP lideri Əli Kərimliyə qarşı başlatdığı kampaniyanı hələ də davam etdirir. Ölkə ictimaiyyəti isə kampaniyanın ilk günündən hakimiyyətin bu əməlini pisləyir, AXCP sədrinə dəstəyini ifadə edir. Artıq 10 günə yaxındır ki, xüsusən də sosial şəbəkələrdə gündəm Əli Kərimlinin evi önündə hakimiyyətin təşkil etdiyi aksiyalara verilən reaksiyalardan ibarətdir. “Azadlıq” qəzeti bu mövzuda daha bir neçə nəfər ictimaiyyət nümayəndəsinin fikrini öyrənib.nureddin-mustafayevMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü Nurəddin Mustafayev deyib ki, baş verənlər mentalitetimizə sığmayan hərəkətlərdir. O qeyd edib ki, özünə, millətinə hörmət edən adam bu hərəkətə müsbət yanaşa bilməz: “Bunlar mənfi hadisələrdir. Bu hadisələr xalqa, millətə, xüsusilə, gənclərin tərbiyəsinə pis təsir göstərir. Özünə hörmət edən adam bu addımı atmaz. Buna başqa nə ad vermək olar?!”hikmet-hacizade-yeni-300x225Politoloq Hikmət Hacızadə də Əli Kərimliyə qarşı kampaniyanı qətiyyətlə pisləyib. Onun fikrincə, bütün bunlar azad sözə, demokratik fikrə qarşı repressiyanın əlamətidir: “Buna nə demək olar?! Bu, sadəcə olaraq biabırçılıqdır. Bunlar hamısı yazılmalıdır və bir dərsliyə yığılmalıdır. Gələcək nəsillər bilməlidir ki, keçmişdə, diktatura rejimində nələr olub. Bunların hamısı indidən yazılmalı və diktatura rejiminin necə olduğu məktəblərdə tədris edilməlidir”.Behruz-300x199Vəkil Bəhruz Bayramov da Əli Kərimliyə qarşı aparılan kampaniyanı izlədiyini və buna münasibətinin çox pis olduğunu deyir: “Bu aksiyaların təşkilinə çox mənfi yanaşıram. Hər bir vətəndaşın öz fikri və istənilən məsələlərə özəl münasibəti var. Ona görə də sözügedən aksiyaların təşkilinə, bu işdə Əli bəyin qohumlarından istifadə edilməsinə mənfi münasibət bəsləyirəm”ali-kerimbeyli-300x232.Şəhid atası Əli Kərimbəyli də baş verənləri pisləyir. Onun fikrincə, bütün bunlar mövcud hakimiyyət tərəfindən Əli Kərimliyə, xalqa, orduya qarşı  aparılan bir təxribatdır: “Azərbaycanda ən dəyərli, ən qiymətli şəxslərdən biridir Əli Kərimli. Digər şəxsiyyətlərimiz, jurnalistlərimiz, ziyalılarımız, bütöv, kamil insanlarımız bu gün zindanlara atılır. Hakimiyyətdə olanlar öz mövcudluqlarını belə yollarla uzadırlar. Lakin ”hər gecənin bir gündüzü var”. Həmçinin, tarix təkrar olunur. Təbii olaraq, mən belə proseslərin qəti əleyhinəyəm və mənim kimi yüzlərlə insan da bunun əleyhinədir. Hökumət tərəfindən belə təxribat törədilməməliydi. Müharibə də dayandırılmamalıydı. Bu müharibənin sonu Xankəndində, Şuşada qoyulmalıdır. Heyf ki, belə olmadı. İlham Əliyev Kremldən asılı və bu komanda da keçmiş bolşeviklərdən ibarət olduğuna görə, belə vəziyyət alındı. Rusiyada hazırlanan plan təəssüf ki, həyata keçdi. Əli Kərimli bu millətin böyük oğlu, övladı, öndə gedənidir. O həmişə öz sözünü deyib. Əli bəy kamil bir insandır və biz həmişə onu dəstəkləmişik. Biz yenə onun, Milli Şuranın yanındayıq. Bu çürük  rejim  tezliklə çökəcək. Təkrar edirəm, Əli Kərimliyə qarşı  aksiya yolverilməzdir və mənim kimi yüzlərlə, minlərlə insan buna öz etirazını  bildirir. “Atəşkəs Qurbanları” Ictimai Birliyi adından biz hakimiyyətin belə siyasətini pisləyirik”beyali-ezizov.Başqa bir şəhid atası Bəyalı Əzizov da AXCP sədrinə qarşı kampaniyanı mənfi qiymətləndirir: “Hansısa bir hakimiyyət adamına qarşı belə piket keçirilsəydi, mütləq orada ən azı beş-altı adamı tutub aparardılar. Əli Kərimli demokrat bir adamdır və öz sözünü deyir. Demokratik dövlətdə yaşayırıqsa, azadfikirli insanlara qarşı belə hərəkətlər olmamalıdır. Əli Kərimlinin yazdıqları düz və ya səhvdirsə, bu onun müstəqil fikirləridir. Ona görə də ona qarşı baş verənləri çox mənfi qiymətləndirirəm”.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button