2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Əli Mirəliyev həyatdan bezdi: “Heç qadından da ləzzət ala bilmirəm…”

“Mən əbədi istirahətdəyəm. Neçə illərdir ki, bağda yaşayıram. Heç kimi görmək istəmirəm”.

Publika.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
Ovqatının pis olduğunu söyləyən müğənni hər kəsdən uzaq olmaq istədiyini bildirib: “Son vaxtlar hər şeydən bezmişəm, baxıb görürəm ki, heç nəyin ləzzəti qalmayıb. Dostun, uşağın, yaxınların. Heç qadından da ləzzət ala bilmirəm. Şəhərdən qaçıb burada gizlənmişəm. Televizora da baxmıram. Nəyinə baxım e, bütün günü ya xörək bişirirlər, ya da, boş-boş verilişlər verirlər. Bezmişəm hər şeydən. İnsanın əhval-ruhiyyəsi yaxşı olanda həyatdan da zövq alır. Mənim ovqatım o qədər pisdir ki, nəinki zövq ala bilirəm, ümumiyyətlə, ağacdan, güldən-çiçəkdən başqa heç nə görmək istəmirəm. Ağacları sulayıram, göyərçinləri yemləyirəm, özüm də oturub onlara baxıram. Onlar da olmasa, məhv olaram”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button