2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Əli Orucovdan Vaqif Hacıbəyliyə sərt cavab

Hüquqşünas Vaqif Hacıbəyli 4 iyun qiyamı ilə bağlı öz facebook səhifəsində Etibar Məmmədov haqqında status yazaraq bildirib: “Etibar Məmmədov danışmasa daha yaxşıdır, danışmayanda kənardan daha ağayana görünür.

Onun İbrahim İbrahimliyə dil uzatması da, yersizdir. İbrahim İbrahimli indi hansı düşərgədə olmasından asılı olmayaraq 1993-cü ilin iyun qiyamında axıradək irticaya müqavimət göstərən istiqlalçı deputatlardan biridir, bəlkə də. birincisidir. O vaxt parlamentdə onun dirəniş göstərməsi əlbəttə, qiyamçılara və onların siyasi dəstəkçilərinə xoş gəlmirdi”.

24saat.org saytına açıqlama verən AMİP Siyasi Şura üzvü Əli Orucov bildirib ki, V.Hacibəyli E.Məmmədovu Azərbaycan dövlətçiliyinə xəyanətdə suçlayıb. Vaqif Hacıbəylinin sosial şəbəkələrdə yazdığı fikrinə AMİP Siyasi Şura üzvü Əli Orucov belə cavab verib:

Saytların yığılması Saytlarin yigilmasi

“Əvvəla Vaqif Hacıbəylinin diqqətinə çatdırıram ki, Etibar bəy necə var, elə də görünür. Ağa ağa kimi, bəy bəy kimi, nökər də nəkər kimi görünər – burda qeyri-adi nə var? Siz özünüzü necə görürsüz özünüz bilərsiz? Paradoksal odur ki, danışmağa haqqı olmayanalar indi gecə gündüz dil boğaza qoymur. İkincisi, Etibar Məmmədov heç kəsə belə bir açıqlama verməyib. Mətbuatda gedən açıqlama da 2012-də, həm də təhrif olunmuş formada yayımlanıb. V. Hacıbəyli 4 ildən sonramı ayılıb? V.Hacıbəyli öncə diqqətlə oxusun, sonra fikir yürütsün. Üçüncüsü, o, haçandan İbrahim İbrahimlinin vəkilliyini edir? Axı onun adını çəkən olmayıb, özünü yenidən kimlərə təqdim edir?

Çox təəssüf edirəm ki, bir il hakimiyyətdə qala bilməyən adamlar hələ də səhvlərini və günahlarını etiraf etmək istəmirlər. Etiraf acizlik və gücsüzlük əlaməti deyil, əksinə insanı daha da ucaldır. Həm də ona təəssüf edirəm ki, belələri hələ də siyasi meydanda qalaraq savadlı, intellektual və müasir dünya görüşünə malik hər cür intiriqalardan kənar olan gənc siyasilərə yer vermir. Kötük kimi inkişafın və tərəqqinin qabağını kəsir.

Əbülfəz bəyə də, dövlətçiliyə də ən böyük xəyanəti məhz ətrafi edib. Onu meydanda tək qoyub qaçıblar. Onu hakimiyyətə zorla gətirib sonra da o boyda lideri Kələki kimi kiçik bir kəndə sığınmağa məcbur etdilər. Əgər o, doğrudan da hüquqşünasdırsa, xəyanət sözünün hüquqi məsuliyyətini və ağırlığını yaxşı bilərdi. Ən böyük xəyanətkar elə Vaqif Hacıbəyli kimi olar. Bir faktı V.Hacıbəyli kimi düşünənlərə bir daha xatırladım ki, qulaqlarında sırğa etsinlər; mərhum prezident Əbülfəz Elçibəy 1997-ci ilin 30 oktyabrında Bakıya qayıdandan sonra bağladığı ilk əməkdaşlıq sazişi AMİP-lə, sədr Etibar Məmmədov arasına olub.

Müsavat, Əhrar və s partiyalarla yox, məhz AMİP-lə. Yəni AXCP-AMİP əməkdaşlıq sazişi Bu faktın özü çox qaranlıqlara işıq tutur.”

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button