2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Əli və Nino” dünyanın 15 ən qeyri-adi abidəsi sırasında

Batumidəki “Kişi və qadın” heykəli məşhur “Bright Side” saytı tərəfindən tərtib olunmuş dünyanın 15 ən qeyri-adi və heyrətamiz heykəltəraşlıq nümunələri siyahısına daxil edilib.

“İnanılmaz 15 maraqlı heykəltəraşlıq nümunəsi” adlı yazıda “bütün ənənələri dağıdaraq dünyaya hökm edən təsviri incəsənət yaradıcılarının” sənət nümunələri haqqında söhbət açılır. Gürcüstanda Batuminin simvolu sayılan bu yeddi metrlik hərəkətli heykəltəraşlıq abidəsinin rəsmi adını xatırlayan az adam var. Hər kəs bu abidəni “Əli və Nino” fiquru olaraq tanıyır. “Bright Side” bu faktı xatırladaraq, memar Tamar Kvesitadzenin layihənin ideyasını eyni adlı romanının qəhrəmanlarının hekayəsindən götürdüyünü qeyd edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Fiqurlar daim hərəkətdədir: əvvəlcə onlar bir-birinə doğru hərəkət edərək bir vücud şəklində birləşir və sonra bir-birindən ayrılır”, – “Bright Side” yazır.

Məşhur saytın heyrətamiz abidələri siyahısında bundan başqa Kanadadakı “Möcüzələr ölkəsi”, ABŞ-dakı “Karma” və “Sonuncu şam yeməyi” əsərləri, Avstraliyadakı “Brilyantlar”, Hollandiyadakı “Skripkaçı heykəli” və başqaları yer alır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button