2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əlil arabasından necə pul çıxarmaq olar? (araşdırma)

«Mənim iki arabam var. Birini dövlət verib. Ondan evdə istifadə edirəm. Digərini isə mənim üçün alıblar. O çox bahalıdır, amma daha davamlıdır».

Hərəkət-dayaq sistemində problem olan bakılı Sevda Səfərəliyeva AzadlıqRadiosu-na dövlət qurumu tərəfindən verilən əlil arabalarının tez sıradan çıxdığını deyir. Gileylənir ki, onlar sanki küçədə istifadə etmək üçün nəzərdə tutulmayıb. Sıradan çıxan hissələri isə dəyişmək mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Əlil arabası ilə «dost» olmuş gənc Orxan Adığozəl da dövlətin ona verdiyi «yol yoldaşından» narazıdır. «Bakının kommunal infrastrukturu dövlətin verdiyi əlil arabalarına uyğun deyil. Buna görə də üçillik dəyişmə müddətinə dözməyib sıradan çıxır. Narahatlığa səbəb olan həm də odur ki, dövlətin verdiyi arabalar sifariş olunandan bir xeyli sonra gəlib bizə çatır».

Orxan Adıgözəl

Orxan Adıgözəl

İstifadəçilər həm də arabaların verilməsi üçün prosedurların hər dəfə təkrarlandığını deyirlər. Üç ilin tamamında eyni sənədləri təqdim etmək tələb olunur. Poliklinikadan tibbi arayış alınmalı, onu Tibbi-Sosial Ekspert Komissiyasına aparmalı, daha sonra isə arabanın verilməsi üçün sənədlər Protez-Ortopedik Bərpa Mərkəzinə verilməlidir. Bakıda bütün əlillər – yaxında və ya uzaqda yaşamasından, səhhətinin vəziyyətindən asılı olmayaraq hamısı – buraya müraciət etməlidir.

Əlilliyi olan şəxslərin araba ilə təmin olunmasının daim diqqətdə saxlandığından söhbət açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Elman Babayev AzadlıqRadiosu-na son beş ildə onlara 5327 ədəd araba verildiyini deyib. Bunların 1124-ü 2016-cı ilin payına düşür.

ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində AzadlıqRadiosu-na ötən ilin sentyabrında keçirilən tenderdə 100 ədəd veloaraba, 414 ədəd kreslo-araba və 90 ədəd uşaq əlil arabasının (toplam 604 ədəd) alındığını bildiriblər. Veloarabalar Ukraynadan, qalanları isə Almaniyadan gətirilir. Nazirlikdən belə deyirlər.

Səlim Müslümov

Səlim Müslümov

Qazanan kimdir?

Ötən il arabaların alınmasına dövlət büdcəsindən 1 milyon 197 min 936 manat xərclənib. 2015-ci ildə alınan əlil arabalarının sayını və ona görə ödənilən büdcə vəsaitini nə ƏƏSMN, nə də dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi açıqlayıb. Bu səbəbdən qeyd olunan məbləğ indiyədək bu məqsədlə dövlət büdcəsindən ayrılan ən yüksək vəsait sayılır.

Son 6 ildə dövlət hesabına əlil arabalarının satın alınması üzrə bağlanan müqavilələr:

İllər Tender üzrə qalib-təchizatçı

Adı, VÖEN, ünvan

Arabaların sayı Müqavilənin qiyməti, AZN
2011 «Rəvan» kiçik müəssisəsi, 2900381761, Sumqayıt ş., Corat qəsəbəsi, ev 172 açıqlanmayıb 210000
2012 «Baktel» MMC, 2900343391, Sumqayıt ş., 8-ci mikrorayon, ev 17/29, mənzil 72 açıqlanmayıb 243670
2013 «Dizayn Construction» MMC, 1901420231, Bakı şə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 22 açıqlanmayıb 264615
16.04.2014 «Duet» firması, 1700316401, Bakı ş., Fətəli xan Xoyski, ev 111, mənzil 2 açıqlanmayıb 297891
10.12.2014 «İnstal-Servis» MMC, 1801631701, Bakı ş., Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, 546 nömrəli bağ evi 1323 996769,60
2015 açıqlanmayıb açıqlanmayıb açıqlanmayıb
2016 «İnpeks.N» MMC, 1601862631, Bakı ş., Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 13, mənzil 34 604 1197936

Mənbə: ƏƏSMN, Satınalmalar üzrə Dövlət Agentliyi (ləğv edilib), İqtisadiyyat nazirliyi

 

Hesabatlardan görünür ki, 2014-cü ilin dekabrında əlil arabalarının alınıb gətirilməsi üçün dövlət büdcəsindən əvvəlki illərlə müqayisədə təxminən 4 dəfə artıq məbləğdə vəsait ayrılıb. O zaman alınmış əlil arabasının bir ədədinin orta qiyməti 753 manat 41 qəpik olmuşdusa, 2016-cı ildə bu rəqəm 1983 manat 33 qəpiyə çatmış, qiymət orta hesabla 2,6 dəfə baha başa gəlmişdi. Bir məsələ də var ki, bu dövrdə manat ABŞ dollarına nəzərən 2,2 dəfə dəyər itirib.

Satınalmalara ayrılan vəsaitin kəskin artımı yeganə sual doğuran məsələ deyil. Faktların araşdırılmasının ardınca getdikcə daha şübhəli məqamlar ortaya çıxıb. Dövlət Gömrük Komitəsinin (DGK) Azərbaycana 2016-cı ildə əlil arabalarının idxalına dair açıqladığı statistika ƏƏSMN-nin əlil arabalarının satın alınmasına dair təqdim etdiyi məlumatın arasında ciddi ziddiyyətləri də ortaya qoyur.

Çin malı deyib keçmə, qiymətinə bax

Komitə ötən il ölkəyə 1510 ədəd hərəkət üçün mexanizmlə təmin olunmamış və 507 ədəd isə digər əlil arabalarının (toplam 2017 ədəd) idxal olunduğunu bildirir. Gömrük bəyannamələrinə əsasən, onlar Azərbaycan sərhədində toplam 355 min 470 dollara rəsmiləşdirilir. Başqa sözlə, istehsalçılara təxminən bu məbləğdə pul ödənilib. Amma, yuxarıda qeyd olunduğu kimi, təkcə 604 ədəd əlil arabasının alınması üçün «İnpeks.N» MMC-yə 1 milyon 197 min 936 manat və ya 2016-cı ilin dördüncü rübündə Mərkəzi Bankın təqdim etdiyi məzənnəyə görə, 748 min – 640 min dollar ödənilib. Həmin dövrdə manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,60 – 1,76 AZN/USD arasında, avroya qarşı isə 1,75 – 1,87 AZN/EURO arasında dəyişib. Başqa sözlə, əlil arabalarının nazirliyə satılmasına görə «İnpeks.N» MMC bir neçə yüz min dollar təmiz qazanc götürdüyünü söyləmək olar.

2012-2016-cı illərdə Azərbaycana gətirilmiş əlil arabalarına dair statistik məlumatlar:

Müxtəlif mənbələr hesabına alınan əlil arabaları, illər və növlər üzrə Sayı, ədəd Toplam dəyəri, min ABŞ dolları
2016. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları 1510 303,05
2016. Digər əlil arabaları 507 52,42
2015. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları 2428 649,28
2015. Digər əlil arabaları 2058 115,16
2014. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları 661 143,7
2014. Digər əlil arabaları 535 57,1
2013. Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış 1536 228,6
2012. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları 2478 203,1
2012. Digər əlil arabaları 11 7,0

Mənbə: AR DGK

Bəs rəsmi mənbələr əlil arabalarının haradan gətirildiyi barədə nə deyir? DGK 2016-cı ildə əlil arabalarının 80 faizinin (1618 ədəd) Çindən gətirildiyini bildirir. Bir ədəd Çin istehsalı olan əlil arabasının qiyməti təxminən 189 dollar 15 sentdir. Qalan əlil arabalarının 393-ü Türkiyə (orta qiymət – 116 dollar 82 sent), qalan beşi isə İtaliya və Sinqapur istehsalıdır. «İnpeks.N» MMC isə əlil arabasının bir ədədini ƏƏSMN-ə orta hesabla 1983 manat 33 qəpiyə, və ya təxminən 1133 dollara satıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təqdim etdiyi uyğunluq sertifikatlarını almış məhsul və şirkətlərin arasında «İnpeks.N» MMC-nin adı yoxdur. Uyğunluq sertifikatlarının dövlət reyestrinə görə, belə bir sertifikatı təkcə «Arash Medical Company» alıb.

«İnpeks.N» MMC, elə öncəki illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişlərini yerinə yetirdiyi bildirilən «Dizayn Construction» MMC və «İnstal Servis» MMC də Azərbaycanda dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. 2013-cü ilin iyun ayında yaradılan bu şirkət təkcə 2016-cı ildə müxtəlif nazirliklərin (DİN,ƏƏSMN, müdafiə, səhiyyə, ekologiya və təbii sərvətlər, mədəniyyət və turizm, rabitə və yüksək texnologiyalar), yerli icra hakimiyyətlərinin (Bakı şəhəri Qaradağ rayonu, Tərtər rayonu), Baş Prokurorluğun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, «Televiziya və Radio Verilişləri» QSC-nin, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin, AMEA, MSK, ƏMDK-nın, irili xırdalı, 80-dən tenderin qalibi olub. Söhbət milyonlarla manat dövlət vəsaitinin istifadəsindən gedir. Di gəl, «İnpeks.N» şirkətin heç internet saytı belə yoxdur. «Dizayn Construction» MMC isə əlil arabalarını satmaqdan başqa boruların təmirindən tutmuş tikinti abadlıq işlərinə qədər müxtəlif sifarişləri yerinə yetirir.

Qiymətlər Azərbaycanda necə şişir?

Əlil arabalarının Azərbaycana gətirilməsi haqda istehsalçı ölkələrin statistik məlumatları isə daha düşündürücüdür. BMT-nin beynəlxalq ticarətə dair rəsmi hesabatlara söykənən məlumatlarından görünür ki, Almaniya heç də iddia olunduğu kimi bu çeşid malların Azərbaycana əsas ixracatçısı deyil. Təkcə bu faktı demək kifayətdir ki, ötən il Almaniyadan Azərbaycana ümumi dəyəri 886 dollar olan əlil arabaları göndərilib. Bu, təxminən 3-4 əlil arabası deməkdir.

2013-2016-cı illərdə Almaniyadan Azərbaycana əlil arabalarının ixracı
(dəyəri və ədədlə)

Period Trade Flow Reporter Partner Commodity Code Trade Value (US$) Netweight (kg) Qty Unit Qty Flag
2013 Export Germany Azerbaijan 871310 $1,689 152 Number of items 4 2
2014 Export Germany Azerbaijan 871310 $196,194 8,377 Number of items 718 2
2015 Export Germany Azerbaijan 871310 $250,509 9,399 Number of items 698 2
2016 Export Germany Azerbaijan 871310 $886 22 No Quantity 0 0
2013 Export Germany Azerbaijan 871390 $7,787 150 Number of items 5 2

2014-cü ildə Almaniya istehsalı olan əlil arabasının 1 ədədi Azərbaycana orta hesabla 273,25 dollara (o vaxtkı məzənnə ilə 213 manat), 2015-ci ildə isə 358,90 dollara (377 manat) satılıb. Öncəki illərdə yerli media dövlət vəsaiti hesabına əlil arabalarının alınması sahəsində şübhəli məqamların olmasından yazırdı.

Comtrade ən çox sayda əlil arabalarını Azərbaycana satan ölkənin Çin olduğunu bildirir. Bu ölkədən 2012-2015-ci illərdə (ötən il üzrə məlumat hələ təqdim olunmayıb) Azərbaycana 2826 ədəd – Almaniyadan 2 dəfə çox araba göndərilib.

Azərbaycana əlil arabaları satan ölkələr arasında Böyük Britaniya, Avstraliya, Avstriya, ABŞ, Rusiya və başqaları da var.

Period Trade Flow Reporter Partner Commodity Code Trade Value (US$) Netweight (kg) Qty Unit Qty Flag
2016 Export Germany Azerbaijan 871310 $886 22 No Quantity 0 0
2016 Export Turkey Azerbaijan 871310 $1,612 177 Number of items 21 0
2016 Export United Kingdom Azerbaijan 871310 $2,127 12 Number of items 1 0
2016 Export Australia Azerbaijan 871390 $10,852 173 Number of items 8 0
2016 Export Turkey Azerbaijan 871390 $28,944 5,000 Number of items 275 0
2015 Export China Azerbaijan 871310 $47,193 2,297 Number of items 694 4
2015 Export Germany Azerbaijan 871310 $250,509 9,399 Number of items 698 2
2015 Export Turkey Azerbaijan 871310 $14,339 1,163 Number of items 79 0
2015 Export United Kingdom Azerbaijan 871310 $124,846 9,000 Number of items 268 0
2015 Export China Azerbaijan 871390 $12,440 375 Number of items 18 4
2015 Export Russian Federation Azerbaijan 871390 $1,739 86 Number of items 5 0
2015 Export Turkey Azerbaijan 871390 $4,650 1,068 Number of items 68 0
2014 Export China Azerbaijan 871310 $18,482 903 Number of items 301 4
2014 Export Germany Azerbaijan 871310 $196,194 8,377 Number of items 718 2
2014 Export Turkey Azerbaijan 871310 $1,180 200 Number of items 11 0
2014 Export USA Azerbaijan 871310 $5,500 269 Number of items 20 6
2014 Export Bulgaria Azerbaijan 871390 $611 100 Number of items 1 0
2014 Export China Azerbaijan 871390 $9,675 283 Number of items 15 4
2014 Export Turkey Azerbaijan 871390 $9,246 1,204 Number of items 128 0
2013 Export China Azerbaijan 871310 $74,631 3,160 Number of items 936 4
2013 Export Germany Azerbaijan 871310 $1,689 152 Number of items 4 2
2013 Export Turkey Azerbaijan 871310 $276 70 Number of items 3 0
2013 Export United Kingdom Azerbaijan 871310 $3,147 30 Number of items 10 0
2013 Export China Azerbaijan 871390 $2,098 63 Number of items 3 4
2013 Export Germany Azerbaijan 871390 $7,787 150 Number of items 5 2
2013 Export Turkey Azerbaijan 871390 $1,690 75 Number of items 5 0
2012 Export Austria Azerbaijan 871310 $2,129 78 No Quantity 0 4
2012 Export China Azerbaijan 871310 $65,607 0 Number of items 859 0
2012 Export Poland Azerbaijan 871310 $330 35 Number of items 2 0
2012 Export United Arab Emirates Azerbaijan 871310 $131 100 Number of items 0 2
2012 Export Turkey Azerbaijan 871310 $52,610 5,195 Number of items 519 0
2012 Export United Arab Emirates Azerbaijan 871390 $3,268 122 Number of items 2 2
2012 Export Turkey Azerbaijan 871390 $13,686 1,760 Number of items 9 0

Mənbə: Comtrade

…Orxan Adıgözəl təkcə sərbəst hərəkət etməkdə çətinlik çəkmir. Onun əlində də problemi var. Deyir ki, bir müddət bundan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bir qrup əlilin görüşündə elektrikli əlil arabasına ehtiyacını olduğu deyib.

Birinci qrup Qarabağ müharibəsi əlili Elşad İbrahimov da motorlu əlil arabası istədiyini dilə gətirib. Lakin hökumət əlilləri velo- və kresloaraba ilə təmin edir. Nazirsə fiziki əngəli olan vətəndaşlara elektrikli əlil arabalarının dövlət hesabına alınması üçün normativ sənədlərdə dəyişiklik etməyin zəruri olduğunu deyib. Odur ki, Orxan və Elşad hələ gözləməli olacaqlar…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button