2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əlillər aksiya keçiriblər

Bir qrup əlil iyunun 8-də Respublika Əlillərin Bərpa Mərkəzinin önündə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları əlillik statusunun ləğv edilərək yenidən həkim komissiyalarına göndərilməsindən, süründürməçilikdən narazıdırlar və buna son qoyulmasını tələb edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Onlardan bəzisi “Turan”a deyib ki, yeni əlillik meyarı müəyyənləşdirildikdən sonra əlillik statuslarına yenidən baxılması aylarla davam edir deyə, pensiyaları kəsilib, maddi durumları ağırlaşıb. Aksiya iştirakçıları həmçinin, həkim komissiyalarında rüşvət istənildiyini iddia edirlər və bununla bağlı prezident İlham Əliyevə müraciət ediblər.

Cəbrayıldan məcburi köçkün düşən 74-yaşlı, gözdən 1-ci qrup əlil, onkoloji xəstə Novruz Quliyev ayda cəmi 260 manat pensiya aldığını söyləyir. O, yataqxanada tək yaşayır. N.Quliyevin sözlərinə görə, aldığı pul dərmana belə çatmır.

Gözdən əlil Xaçmazda yerləşən Əlillərin Bərpa Mərkəzinə göndərilməsi üçün növbədə gözləməsinə etiraz edir. N.Quliyev deyir ki, bədənindəki açıq yaraya görə problemi növbədənkənar həll olunmalıdır.

Aksiyaçılarla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı şikayətlərə baxılacağına söz verib. O, gözdən əlil N.Quliyevin dərhal Xaçmazdakı mərkəzə göndəriləcəyini bildirib.

24 saat” “Əlillər aksiya keçiriblər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button