2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əlində ABŞ vizası, Kabildən çıxa bilmir

Taliban ölkə üzrə din xadimlərinə müraciət edərək cümə moizəsində vəhdətə səsləməyə çağırıb. Bu gün – avqustun 20-də Taliban Əfqanıstana nəzarəti ələ alandan bəri ilk cümə moizəsi olmalıdır.

Dünənsə ölkə boyu təkəmseyrək etirazlar davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Etirazlarda ölənlər var

Şərqi Əsədabad şəhərində Taliban nümayişçilərə atəş açıb, bir neçə nəfərin öldürüldüyü bildirilir. Amma ölənlərin atəşə tuş gəldiyi, yaxud basabasda həlak olduğu bəlli deyil. Etirazçılar ölkənin qara-qırmızı və yaşıl rəngli bayrağını dalğalandırıblar. Talibanın İslam Əmirliyinin bayrağı ağ rəngdədir, üstünə kəlmeyi-şəhadət yazılıb.

Taliban cümə moizəsi öncəsi mesajında deyir ki, din xadimləri “həmvətənlərimizi ölkənin inkişafı üçün işləməyə həvəsləndirməlidirlər, ölkədən çıxmağa deyil” və “düşmənin mənfi propaqandasına” cavab verməlidirlər.

Paytaxt Kabildə əsasən sakitçilikdi, bəzi bizneslər açılır. Amma banklar, hökumət idarələri bağlıdır.

Kabil aeroportunda və ətrafında indiyədək 12 nəfərin öldüyünü NATO və Taliban rəsmisi təsdiqləyib.

7 min nəfər çıxarılıb

Aeroportdan evakuasiya əməliyyatı davam edir. ABŞ və müttəfiq əsgərləri təhlükəsizliyi təmin edirlər.

General mayor Hank Teylor avqustun 19-da mediaya deyib ki, avqustun 14-dən ABŞ ordusu 7 min nəfəri Əfqanıstandan çıxarıb.

Amma talibançıların nəzarət məntəqələrinə keçərək əfqanların aeroporta getməsini əngəllədiyi xəbərləri gəlir. Bu isə çoxlarında ölkəni tərk edə bilməyəcəyi ilə bağlı qorxu yaradıb.

Beynəlxalq qüvvələr üçün işləmiş, yaxud özünə təhdid görən minlərlə əfqan Birləşmiş Ştatlarla, Avropaya, üçüncü ölkələrə getmək istəyir.

Bu arada BMT-nin məxfi sənədinə görə, Taliban ABŞ və NATO qüvvələri üçün işləmiş şəxslərin axtarışını sürətləndirir, həmin şəxslər və ailələri işgəncə və edam riskilə üz-üzədirlər.

İki gündə 5 dəfə aeroportdan qaytarıblar

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Frud Bejan yazır ki, əlində ABŞ Xüsusi Mühacir Vizası olmasına baxmayaraq Əhməd Kabildən çıxa bilmir. O, öz evini tərk edib, təhlükəsiz yerdə qalır və xaricə aparılmasını gözləyir.

Əhmədin adı evakuasiya siyahısındadır, özünə də email gəlib ki, aeroporta getsin. Amma Taliban iki gün ərzində beş dəfə onu aeroportdan dala qaytarıb. Avqustun 19-da talibançılar ona tərəf atəş açıblar, güllə yan keçib.

“Ölümdən qurtardım. İndi bilmirəm nə daha təhlükəlidir: aeroporta getmək, yoxsa Talibanın idarəçiliyi altında yaşamaq”, – o, WhatsApp-də yazıb.

Taliban avqustun 15-də Kabili tutandan minlərlə əfqan səyahət sənədi olmamasına baxmayaraq aeroporta axışıb, təyyarəyə minərək ölkəni tərk etmək istəyib.

Talibançılar evlərə girirlər

Bu qarışıqlıqda Əhməd kimi minlərlə, əlində uyğun sənədləri olanlar da təyyarəyə minə bilməyib.

Şahidlərin deməsinə görə, çubuq, qamçı gəzdirən talibançılar xariciləri aeroporta buraxırlar, hətta xarici pasportu olan əfqanları isə geri qaytarırlar.

“Aeroporta çatmaq qeyri-mümkün işə çevrilib”, – İstanbul reysinə minə bilməyən əfqan fəal deyib. Türkiyə əfqanlara viza verən ölkələrdəndir, getdikcə də qiymətləri bahalandırır.

Taliban hətta əvvəl savaşdığı şəxslərə belə amnistiya elan eləsə də paytaxt sakinləri reallığın fərqli olduğunu deyirlər. Onların sözlərinə görə, talibançılar Kabildə qapı-qapı gəzərək sakinləri döyür, qorxudur, oğurlayırlar. Bəzən şəxsi sənədləri, mobil telefonları alırlar.

Özəlliklə, keçmiş hökumət işçiləri, əsgərlər, polis əməkdaşları, xarici hökumət və təşkilatlarla işləmiş əfqanların hədəfə alındığı deyilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button