2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Əliyar Ağayev rus hakimlərə nümunə göstərildi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev artıq beynəlxalq aləmdə də yaxşı mənada adından söz etdirməyə başlayıb. Futbol11.az xəbər verir ki, son olaraq yoldaşlıq çərçivəsində keçirilən Rusiya – Qana matçını idarə edən gənc hakim çoxlarının rəğbətini qazanıb.

Elə Rusiya yığmalarının məşqçisi Andrey Talayev də bu fikirdədi. O, açıqlamasında Ağayevi rusiyalı hakimlərə nümunə göstərib: “Rusiya çempionatında sürətli oyun, yüksək intensivlik olmamasının səbəblərindən biri də hakimlərdi. Çünki yersiz olaraq oyunu dayandırlar və nəticədə sürət aşağı düşür. Rusiya – Qana matçını idarə edən azərbaycanlı hakimə fikir verdinizsə, o, mübarizə aparmağa, epizodları sona çatdırmağa imkan verirdi. Bizdə isə çox güman ki, belə anlarda hakim fiti səslənərdi”.

Xatırladaq ki, Ağayevin idarə etdiyi qarşılaşma şimal qonşularımızın minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button