2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əliyev Aprel şəhid ailələrinə video-zəng bilməzmi?

Şəhid adı bütün titullardan və mərtəbələrdən üstün bir addır. “Şəhid” “Vətən” sözünün qanla yazılmış sinonimidir. Tarix boyu millətləri, ölkələri, toplumları yaşadan öz torpağı uğrunda canından keçən insanlar olub. Əsrlərin o başından gələn “Vətən sağ olsun” deyimi də təsadüfdən yaranmayıb. Onlar vətənin sağ olması üçün sinələrini düşmən gülləsinə sipər ediblər. Torpaq sevgisi ana, ailə, uşaq sevgisinə qalib gəlib hər zaman. Adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Yazdırıblar ki, yurd yerləri düşmənə tapdaq, yağıya oylaq olmasın. Aprel şəhidləri də düşmənin qarşısına bu ruhda çıxdılar. Ürəklərində vətən sevgisi, gözlərində düşmənə nifrətlə silahlanıb çıxdılar.

Saytların yığılması Saytlarin yigilmasi

Qanları hər şeydən artıq sevdikləri torpaqlara qarışdı, bəziləri göydə ulduza, bəziləri torpaqda çiçəyə döndülər. Şəhid oldular ki, bu ölkə, bu Vətən var olsun. Bəs onları necə xatırlayırıq? Necə dəyərini veririk şəhidlik mərtəbəsinə ucalmış vətən oğullarının? Siz heç İlham Əliyevin bircə dəfə şəhid ailələrinin qapısından içəri girdiyini, onların qayğıları ilə maraqlandığını görmüsünüz? İndi koronavirusdur, bir zəng etsin onlara, xalq də görsün. Bir bayramda, xatirə günündə hansısa qəhrəman şəhidin anasını təbrik etdiyini eşitmisiniz? Biz də nə görmüşük, nə eşitmişik. Amma qonşu ölkələrə baxın, tarixi günlərdə qapılara qədər gedib, şəhid analarının əllərini öpən neçə ölkə başçısı görəcəksiniz. Bu ölkənin prezidentindən tutmuş ən sıravi şəxsinə kimi hər kəs şəhidlərə borcludur.

Bu gün yaşadığımız sakit həyat üçün hamımızın onlara minnətdarlıq borcumuz var. Amma görün, bu ölkədə şəhid cənazələri necə kasıb evlərdən çıxır. Şəhid ailələri hansı ağır şərtlərdə yaşayır, şəhid övladları hansı çətinliklə boya-başa çatır. Azərbaycan öz şəhidinə niyə bu qədər biganədir, sizcə? Çünki bu münasibət birbaşa hakimiyyətdən qaynaqlanır. Ölkə başçısının və çevrəsindəkilərin şəhidə münasibəti necədirsə, insanların münasibəti də bənzərdir.  Ər-arvad Əliyevlər bayramdan-bayrama o şəhidlərin qapısını açsa, ölkədə şəhidə münasibət belə olarmı? Prezidentin şəhidin ayağına gəldiyini görən məmur cürət edib onun ailəsini qapıdan qova bilərmi? “SOCAR” onların evlərini başına uçura bilərmi? Hakimiyyət səviyyəsində şəhid və qazi adının uca tutulduğunu görən hansı vəzifə sahibi onlara  dil uzatmaq cəsarəti tapar?

Amma şübhəsiz ki, balıq başdan iylənir. Hökumət bir komanda olaraq şəhidinə də, qazisinə də, əsgərinə də xidmətçisi kimi baxır. Əslində isə, hər şey tərsinə olmalıdır. Hökumət vətəni qoruyan hər kəsin xidmətçisi rolunda görməlidir özünü. Əliyev hökumətinin kitabında isə xalqa xidmət maddəsi yoxdur. On illərdir “hər şey bizim üçün, hər şey ailəmiz üçün” prinsipi ilə idarə edir bu hakimiyyət ölkəni.  Şübhəsiz, İlham Əliyev istəsə şəhid qapılarını da açar, dərdləri ilə də maraqlanar, onların problemlərini də nəzarətdə saxlayar. Bəli, istəsə. Bu istək də qandan, candan gəlməlidir. Gəlmir axı. Bir insanın ölkəsinə, vətəninə verdiyi dəyər nədirsə, şəhidinə verdiyi dəyər də odur. Əliyevin 27 ildə bu ölkəni nə hala gətirdiyini təkrar anlatmağa ehtiyac varmı? Onsuz da özünüz hər şeyi bilirsiniz.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button