2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əliyev Azərbaycanı defolta necə sürüklədi

Beynəlxalq Bankın sancısı tutdu, kəşfiyyat özünü buraxdı, xarici siyasət kriminallaşdı

Bəşər Əsədin idmançıları İslam Oyunlarına hansı pulla gəlib?

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan defolta gedirmi? Bunun ilk zəruri elementləri görünür. Bu əlamətlərin ən qabarıq olanı Azərbaycan Beynəlxalq Bankının Nyu Yorkda özünün bankrot olması haqqında ərizə verməsidir. Beynəlxalq Bankın özünü bankrot eləməkdə məqsədi 3,3 milyardlıq xarici borcunun restruktizasiya edilməsi istəyi ilə bağlıdır. Ölkənin valyuta siyasətinin əsas mərkəzlərindən biri beləcə çökür və xəbər, əlbəttə, xarici mənbələrdə yayılır. Çünki İlham Əliyev ölkənin informasiya mühitini bundan əvvəl çökdürüb.

Amma bu defolt hansı şəraitdə baş verir? Azərbaycanda təntənəli İslam Oyunları keçirilir. Buraya çəkilən 150 milyon dollarlıq xərc bir qəpik də gəlir gətirməyə hesablanmır. Üstəlik, Bakı İslam Oyunlarında rus ssenarisi beynəlxalq skandala səbəb olur. Bu skandalın da üstü bu yaxınlarda daha qabarıq başqa bir qalmaqalla açılacaq. Pedro Aqramuntun Suriyaya səfər edib Bəşər Əsədlə görüşməsi olayı ilə. Başqa bir qalmaqal İlham Əliyevin Maltada yaratdığı, başına çirkli reputasiyası olan bir iranlı iş adamını təyin etdiyi Pilatus adlı bankla bağlıdır.

Hələ 2012-ci ildə Suriya İslam Əməkdaşlıq Təşkilatının üzvlüyündən xaric edilib. Amma bəlli olduğu kimi bu günlərdə Bakı İslam Həmrəyliyi Oyunlarında Suriyadan olan idmançılar iştirak edir. Suriyanın bu oyunlara qatılmaq üçün pulu yoxdur. Dövrəyə rus siyasiləri və kəşfiyyatı girib. İlham Əliyevin Maltadakı «Pilatus» adlı bankından Suriyalı idmançıların Bakıdakı oyunlarda iştirakının xərci ödənilir. Bu əməliyyatdan Maltanın baş nazirinin məlumatı olur. Əlavə olaraq, Suriya idmançılarının Bakı İslam Oyunlarına qatılması üçün danışıqları Avropa Şurası Prlament Assambleyasının prezidenti Pedro Aqramunt aparır. O, rusların təkidi ilə Suriyaya gedir, Bəşər Əsədlə görüşüb bu, eyni zamanda başqa məsələləri müzakirə edir. Xərci Azərbaycan hökumətinin çəkəcəyi isə Putinin İlham Əliyevə tapşırığı ilə qərarlaşdırılır.

Azərbaycan Ordusunun bir hərbi hissəsində  ermənilərə işləyən 47 nəfər casus aşkar edilir. Ölkədə keçirilən məhkəmələrin birində, «MTN generallarının işi» kimi təqdim edilən məhkəmədə Azərbaycanın media və ictimai- siyasi sektorunda xüsusi xidmət orqanlarına casusluq edən 47 nəfər, faktiki olaraq, deşifrə edilir. Həm də bu deşifrə krossvord şəklində təqdim edilir. 47 nəfərə eyham edilir və 47 nəfər ən azı, 470 nəfər arasından seçilməlidir. Yəni, ən azı, 470 nəfər şübhəli şəxs var. Yerli casusların deşifrəsi də başqa bir prizmadan təqdim edilir. Məlum olur ki, Azərbaycanın xüsusi xidmət orqanlarının zabitləri, kəşfiyyat kuratorları öz agentləri üçün yazdıqları qonorarları mənimsəyirmişlər. Bəzi agentlərə hətta 300 min dolllardan artıq «qonorar» yazıb mənimsəyirmişlər…

Beynəlxalq Bank beynəlxalq maliyyə qurumlarına defolt barədə ərizə verir. Bu, iflasdır. Süqutdur. Ölkənin xarici siyasətində iflasın elementləri barədə də bu xırdaca yazıda bəzi şeyləri qeyd elədik. Xüsusi xidmət orqanları isə tamamilə çöküb. İlham Əliyevin milyardlarla neft pulları üzərində qurduğu dekorasiya uçur.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button