2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əliyev büdcə haqqında qanuna dəyişikliyi təsdiqləyib

Yayımlandı: 4 İyul 2022 16:22

Yeni sənəddə neftin bir barreli 45 dollardan 85 dollara qaldırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri 32 milyard 303 min 800 min manat təsdiq edilib.

2022-ci ilin dövlət büdcəsinə dəyişikliyi Milli Məclis ötən həftə etmişdi.

Onda gəlirlər 26 milyard 816 milyon, xərclər 29 milyard 879 milyon manat idi.

Yeni sənəddə neftin bir barreli də 45 dollardan 85 dollara qaldırılıb.

Səbəb isə fevralın 24-dən Rusiya-Ukrayna müharibəsi başlayandan dünya bazarında neftin qiymətinin qalxmasıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button