2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əliyev İranı ittiham etdi, rəsmi Tehran cavab verdi

Yayımlandı: 20 Fevral 2023 17:10

İran XİN Bakını siyasi bəyanatlar verməməyə çağırıb

Rəsmi Tehran Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında İranla bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

Saytların yığılması Saytlarin yigilmasi

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani Bakını qərəzli münasibətdən çəkinməyə və diplomatik missiyaya hücumla bağlı siyasi bəyanatlar səsləndirməməyə çağırıb.

Münhen Təhlükəsizlik Konfransında iştirak edən İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, İran hakimiyyəti Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilən silahlı hücumla bağlı şəffaf araşdırma aparmır.

“Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”, – deyə o vurğulayıb.

Azərbaycan Prezidenti həmçinin bildirib ki, İran rəhbərliyi terror hadisəsi ilə bağlı təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də bu hadisənin təşkilatçılarını, onu ora göndərən rəsmi qurumların nümayəndələrini cəzalandırmalıdır.

“Bunsuz İranla münasibətlərimizin normallaşması mümkün deyil”, – deyə Əliyev qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani isə iddiaları bölüşməyib.

O bildirib ki, dəfələrlə vurğulandığı kimi, hadisənin bütün aspektləri araşdırılır və bu yöndə hüquqi addımlar atılır.

Kənani həmçinin bildirib ki, rəsmi Tehran təhqiqatın nəticələrini Bakı ilə bölüşməyə hazırdır.

Rəsmi Tehran qeyd edib ki, Azərbaycan rəsmiləri hadisə ilə bağlı onları düşündürən bütün şübhəli məqamlara və suallara cavab alacaqlar.

Qısa xronika

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.

Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.

Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button