2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əliyev Makrona 'Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını' deyib

Fransa və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Zəngin Emmanuel Makron tərəfindən edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunur ki, söhbət zamanı Fransa prezidenti Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Məlumatda vurğulanır ki, İlham Əliyev Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına etiraz etdiklərini xatırladıb.

Əliyev həm də Laçın yolundan mülki və humanitar məqsədlər üçün Laçın yolundan istifadədə maneənin olmadığını və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.

Həmçinin məlumatda vurğulanır ki, Əliyev fransalı həmkarına 8 Azərbaycan kəndinin hələ də işğal altında olduğunu deyib:

“Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib”

(1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. Bu kəndlərdən üçü – Sofulu, Barxudarlı və Yuxarı Əskipara, bundan başqa Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.)

Məlumatda qeyd edilir ki, Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, “İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb”

Dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun Şuşa şəhərinin yanından keçən hissəsində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə, yolu onlar yox, Rusiya sülhməramlıları bağlayıblar və bundan başqa humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə də aksiya iştirakçıları heç bir maneə yaratmırlar.

Azərbaycanın Ekologiya və Təbi Sərvətlər nazirliyi ilə İqtisadiyyat nazirliyi 3 dəfə (3, 7, 10 dekabr 2022) Rusiya sülhməramlılarına müraciət Azərbaycanın razılığı oladan istismar edilən iki mədəndə monitorinq keçirmək istəyib.

Nazirliklərin yaydığı rəsmi məlumatlarda vurğulandığına görə, hər dəfə yerli sakinlərin təxribatları nəticəsində bu monitorinqlər baş tutmayıb.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edir.

Elə keçirilən aksiyada da əsas tələb Qarabağdakı qızıl və mis yataqlarında monitorinq aparılması ilə bağlıdır.

Qarabağdakı separatçı rejimin nümayəndələri isə baş verənləri ‘ekoloji yox, siyasi məsələ’ hesab edirlər. Həm də Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Rusiya sülməramlıları arasında aparılan dnışıqlarda iştirak etmədiklərini bildirirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button