2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əliyev Mirziyoyev görüşü – ‘Layihələr 800 milyon dollar dəyərindədir’

Azərbaycan prezidenti İlham Əliyev martın 1-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, ötən il iki ölkə münasibətlərinin inkişafında rekord il olub.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də deyib ki, iki ölkə arasında müzakirə edilən bütün məsələlər yerinə yetiriləcək:

“Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var”.

O, avtomobil istehsalı, pambıq klasteri və başqa sahələr ilə bağlı əməkdaşlıqdan bəhs edib.

Azərbaycan prezidenti martın 1-də İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid ilə də görüşüb.

Sabah, martın 2-də Azərbaycan paytaxtı Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçiriləcək.

Bununla bağlı Hərəkata üzv ölkələrin bəzi rəsmiləri Azərbaycana gəliblər.

Azərbaycan 2019-cu ildən başlayaraq bu ilin sonuna kimi Qoşulmama Hərəkatına sədrlik etməlidir.

1961-ci ildə yaradılan bu quruma 100-dən çox ölkə daxildir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button