2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əliyev müxalifəti Aprel şəhidlərinə görə söydü

İlham Əliyev çıxış zamanı niyə özünü itirdi?

Eşitdiniz də, Əliyev video-konfrans zamanı nələr deyib bizim haqqımızda? Bilirsiniz niyə? Axı biz onu son iki həftə ərzində tənqid edirik ki, Aprel şəhidləri unudulub… Özüdə pandemiya zamanı…
O da əsəbləşib. Millilikdən yenə danışdı. Onun yerişinin, duruşunun, danışığının, davranışının milliliklə heç bir əlaqəsi yox. Bu, çətin pandemiya dövründə o aprel şəhidlərimizi unudub. Diktator bizi söyür və ittiham edir, amma özü şəhidlərimizi bir dəfə də olsa ziyarət etməyib. Deyəsən sosial şəbəkələrin məsxərəsindən dərs çıxarıb, siyasi dialoqdan danışır. Biz də bunu istəyirik, lakin İlham Əliyev bizə tolerant deyil, o, bizə nifrət edir.

Saytların yığılması Saytlarin yigilmasi

Yəqin ölkə başçısı ilə bizim milli dəyər düşüncəmiz arasında böyük uçurum olduğuna görə, biz onu heç vaxt anlaya bilmərik. Çünki İlham Əliyevə görə millilik yalnız Novruz bayramında şəhər mərkəzinə çıxıb Kosanın başına yumurta vurmaq, uzaq ölkələrdə diaspora vasitəsilə paxlava-şəkərbura paylamaqdır. Onun düşüncəsində millilik şərqdə ilk demokratik cümhuriyyət quran insanların adını hər yerdən silib, ölkəyə müstəqillik gətirən insanları əzib, həbsxanalara doldurub, onları hər fürsətdə “ünsür” deyə aşağılamaqdır.

Ona görə millilik bu torpaq uğrunda canını verən şəhidlərin ana-bacılarını küçələrdə süründürmək, əlil olmuş insanları yoxsulluq içində boğub, intihara sürükləməkdir. Onun anlamında şəhərin bütün memarlıq abidələrini dağıdıb, yerində pul qazandıran eybəcər göydələnlər ucaltmaq, İçərişəhərin ruhunu öldürüb, yüzillik abidələrini yerində icarə binaları tikməkdir millilik.

Turizm biznesi adı altında ərəb əxlaqsızlığını paytaxtın mərkəzinə gətirib qadın-qız bazarı açmaqdır. Əliyevin düşüncəsinə görə milli sərvətimiz olan neft milyardlarını xalqın boğazından kəsib ofşorlara daşımaq və hakimiyyət lobbiçiliyini edən rüşvətxorlara yedirtməkdir millilik. Xəzərin sahilində yaşayıb çörəkpulu dərdi çəkən xalqın dənizindən kürünü çıxarıb şəxsi maraqlarını qoruyan nadürüstlərə bağışlamadır.

İlham Əliyev pandemiya dövründə gündə yüz dəfə müxalifəti söysə də, nə dəyişər ki? Adam, sadəcə, xalqın ağrısına, kədərinə, qayğılarına da yad biridir. Əliyev on altı illik prezidentliyi dövründə xalqın adamı ola bilmədi, siyasi dialoq apara bilmədi, bundan sonra da olmayacaq və etməyəcək. Aprel şəhidləri isə unudulmayacaq, onları unudan bircədənə Əliyevdir…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button