2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əliyev və Putinin təltif etdiyi Qubalı milyarder kimdir? – Foto

Bu gün Prezident İlham Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyi Qod Semyonoviç Nisanov MDB məkanında ən tanınmış iş adamlarından sayılır.

Axar.az xəbər verir ki, Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Bakıda Maliyyə-kredit Texnikumunu, sonra isə Hüquq İnstitutunu bitirib. 1990-cı ildə “AST” kampaniyasında çalışıb. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini yaratmağı bacarıb.

Saytların yığılması Saytlarin yigilmasi

2005-ci ildə isə “Biskvit” kompaniyasını, “Ukrayna” otelini, 2006-cı ildə isə “Avropa” otelini açıb. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışıb.

2005-ci ildən etibarən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.

4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

14 yanvar 2014-cü ildə isə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button