2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyev Xorvatiya prezidentini qarşıladı

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub
Azərbaycana rəsmi səfərə gələn Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

AzerTac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident İlham Əliyev Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb.

Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.
63197

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button