2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyev yenə xalqı hədəf seçdi

Gündəmi dəyişmək və valyutanı ölkədə saxlamaq cəhdi vətəndaşın başında çatladı

Hakimiyyət ölkəni elə ağır vəziyyətə salıb ki, istənilən bucaqdan baxanda tənəzzülü asanlıqla görmək olur. Ölkəni bu vəziyyətdən çıxarmaq üçün böyük valyutaya ehtiyac var. Böyük valyutanı əldə etmək üçün də hökumətin demokratik imici olmalıdır, beynəlxalq şərtlərə əməl edilməlidir. Deməli, ölkəni vəziyyətdən çıxarmaq üçün hakimiyyətin xarakteri dəyişməli, siyasi iradə olmalı, pis ənənələrdən imtina edilməlidir. Hakimiyyət də bundan imtina edir və imitasiya ilə böhrandan çıxmağa çalışır. Təbii ki, bu seçim ölkəni daha da dalana dirəyir və xilas ehtimalını azaldır.

Indi hökumətin çalışdığı budur ki, ölkədən valyuta çıxmasın. Bunun üçün də ölkədən əsas valyuta aparan məhsulların idxalına məhdudiyyət qoyulub. Bu məhdud məhsulları isə oliqarxların özü gətirdiyinə görə, avtomatik olaraq qiymətlər qalxır.

Saytların yığılması Saytlarin yigilmasi

Son dövrlər elektrotexnika mallarının, avtomobil ehtiyat hissələrinin qiymətində artım hiss olunur. Çünki, bu malların idxalında da məhdudiyyət yaranıb. Son olaraq isə çörəyin qiymətində artım oldu. Belə ki, taxıl da ölkədən ən çox valyuta aparan məhsullar sırasındadır. Hökumət də bu qərara gəlib ki, daxildəki rezervlər hesabına taxıla olan ehtiyac müəyyən qədər ödənilsin və idxalda azalma yaransın. Bu da qiymət artımını stimullaşdırmaqdı.

Amma məsələnin başqa bir tərəfi də var ki, hökumət lazımsız xərclərin 1-2 faizini ləğv etməklə çörəyin qiymətini sabit saxlaya bilərdi. Məsələn, Vergilər Nazirliyinə tikilən binaya xərclənəcək vəsait, il ərzində ölkəyə gətirilən taxılın 50 faizini kompensasiya edərdi. Deməli, məsələ təkcə iqtisadi faktorla bağlı deyil. Hökumətin zərrə qədər xalqa xidmət etmək düşüncəsində olsaydı, problemi həll etmək olardı. Amma birinci devalvasiyadan sonra vəziyyət daha da ağırlaşdı və bunun ardınca hökumətin qəbul etdiyi qərarlar da növbəti ağır zərbə oldu. Yəni, hökumət böhranı böhranla əvəzlədi.

Məsələ burasındadır ki, referenduma gedən, ölkədə monarxiya qurmaq istəyən bir hökumətin çörəyin qiymətinin qaldırılmasına “yaşıl işıq” yandırması absurd görünür. Heç olmasa indiki mərhələdə qiymət artımını durdurmaq, cəmiyyəti qıcıqlandırmamaq olardı.

O zaman başqa bir versiya ortaya çıxır. Hökumətin dalana dirənməsi, səriştəsizliyi, heç bir islahat apara bilməməsi və nəticədə ölkəni Allahın ümidinə qoyması bir faktdır. Amma başqa bir fakt da budur ki, hökumət gündəmi dəyişmək istəyir. Türkiyədə baş verənlər, hökumətin pərt vəziyyətə düşməsi, hökumət komandasında Gülənçilərin olması, kimlərinsə “vurulması”nın gündəmə gəlməsi ciddi məsələdir. Hökumət bu prosesin geniş müzakirə olunmasını, gündəmi zəbt etməsini istəmir. Çünki, məsələ dərinləşdikcə hökumətin riyakarlığı, xarici siyasətdəki çürük manevrləri daha qabarıq şəkildə üzə çıxır. Ona görə də qiymət artımları ilə ictimai rəyin istiqamətini dəyişirlər.

Istənilən halda mürtəce bir dəyişikliyə start vermək istəyən hökumətin 25 faiz çörək artımına getməsi, xalqı ikinci plana atmasından xəbər verir. Yəni, xalqı narazı salmağa qərar versələr də, şəxsi maraqlara zərbə dəyməsinə razı olmadılar. Deməli, yenə də qurban xalq oldu. Ona görə də növbəti addım xalqdan gəlməlidir.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button