2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əliyevin ‘anti-milli, satqın ünsürlər’ sözlərinə reaksiyalar [video]

Prezident İlham Əliyev yenə müxalifəti «beşinci kolon» adlandırıb, torpaqların əldən getməsində isə AXC hakimiyyətini günahlandırıb. Müxalifətsə, deyir ki, prezident hazırdırsa, bütün bu məsələləri televiziyada müzakirə edək.

İlham Əliyev mayın 10-da mərhum prezident Heydər Əliyevin doğumunun 94-cü il dönümü ilə bağlı keçirilən mərasimdə ölkə müxalifətindən, etiraz aksiyalarında da danışıb:

Saytların yığılması Saytlarin yigilmasi

«Bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir».

AXCP sədri Əli Kərimli deyir ki, prezidentin bu tonda çıxışı yenilik deyil.

Əli Kərimli

Əli Kərimli

«İlham Əliyevin bu çıxışda dedikləri bir neçə il öncə söylədiyi yalanların təkrarıdır. Görünür, İ.Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya yayanda, onu həqiqət donuna bürümək mümkün olur. Buradan görünür ki, müxalifətə radikal, hətta düşmən münasibət hökumət mediasından, ayrı-ayrı məmurlardan, sifarişlə seçilən deputatlardan yox, birbaşa İ.Əliyevin özündən qaynaqlanır».

Yerli və beynəlxalq insan haqları müdafiəçilərinin hesabatına görə, Azərbaycanda siyasi məhbusların sayı 100-ü keçib.

Norveçdə fəaliyyət göstərən “İnsan Haqları Evi Fondu”nun direktoru Maria Dahle deyir ki, Azərbaycanda insan haqlarının durumu ilə yaxşı tanışdır. Onun fikrincə, Azərbaycanda müxalifət və müstəqil vətəndaş cəmiyyəti nümayəndələri, sadəcə, azad ölkədə yaşamaq istəyirlər. Və əsas tələbləri də budur:

Maria Dahle

Maria Dahle

“Baxandakı beynəlxalq standartlar necədir və Azərbaycanda hazırkı durum necədir. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə, indiki durum arasında uçurum görürük. Bu uçurum necə aradan qaldırıla bilər, müstəqil vətəndaş cəmiyyəti öz təkliflərini və tənqidlərini səsləndirir. Yəni, mitinqlər həm də beynəlxalq standartlara yaxınlaşdırır”.

Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər prezidentin müxalifətlə bağlı dediklərini böhran və əsassız ittihamlar adlandırır.

İsa Qəmbər

İsa Qəmbər

O, bütün bu deyilənləri geniş və hərtərəfli müzakirə etmək üçün İlham Əliyevi teledebata çağırır. Deyir ki, prezident özünü hazır bilirsə, çıxaq müzakirə edək.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan hakimiyyətinə ənənəvi müxalifətdən danışmaq sərf edir:

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

“Cəmiyyətdə çox böyük etiraz potensialı var. Cəmiyyət hansısa mədəni, ağıllı, vətənpərvər müxalifətə möhtacdır. Belə bir müxalifətin yaranmaması üçün hakim zümrə ənənəvi, bacarıqsız müxalifəti göstərib deyir ki, baxın müxalifət budur. Baxın, bizi qəbul etməsəniz, bizim mübarizə aparmaq istəsəniz gərək gedib o bacarıqsız müxalifətə qoşulasınız. Xalq isə o onlara qoşulmaq istəmir. Bacarıqlı müxalifət isə həbsdədir”.

Etiraz aksiyalarına qatılanlar kimlərdir? Bu sualı Bakı sakinlərinə verib, onların da fikirlərini öyrənmişik.

Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının pozulması, beynəlxalq öhdəliklərin icra olunmamasına görə tənqid olunur. Hökumət bu tənqidləri rədd edir. Ölkədə ən ali hüquq və azadlıqların təmin olunduğunu bildirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button