2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Əliyevin mətbuat katibi onun var-dövləti barədə nələr danışıb? – PANAMA SƏNƏDLƏRİ

Araşdırmalar nəticəsində üzə çıxarılan və “Panama sənədləri” (“Panama papers”) adı altında yayılan ifşa materialları bütün dünyada böyük səs-küy yaradıb. Məlumdur ki, həmin materialların bir qismi Əliyevlər ailəsinin var-dövləti barədədər. “Euronews” telekanalı “Panama sənədləri”nin konkret Əliyevlərə aid hissəsilə bağlı geniş reportaj yayımlayıb. Reportajın tərcüməsini təqdim edirik:

[ot-video type=”youtube” url=”https://youtu.be/NgqFMWZT6RM”]

***

Saytların yığılması Saytlarin yigilmasi

“Panama sənədləri” adlandırılan araşdırmanın əsas fiqurlarından biri də Azərbaycan prezidenti Ilham Əliyevdir. Oğul Əliyev 2003-cü ildə atasının ölümündən sonra bu kürsüyə sahib olub. Ifşa sənədlərinin müəllifləri iddia edir ki, həmin vaxtdan bəri İlham Əliyev “ofşor imperiya” qurub.

“Panama sənədləri” araşdırmasında ayrıca bir bölüm Azərbaycan prezidentinin ailəsinə həsr olunub. Ifşa sənədlərində bu ailənin sistemli ofşor şirkətlərlə əlaqələri üzə çıxır.

Bu sənədlərdə həmçinin Azərbaycanın vergilər naziri Fazil Məmmədovun Əliyevlər ailəsinin iştirakı ilə “Ata Holding”i necə yaratdığı da əksini tapıb.

Sənədlərdən məlum olur ki, Fazil Məmmədov Mossack Fonseca vasitəsilə Panamada iki şirkət yaradıb – FM Managment Holding GroupUF Universe Foundation. Ikinci şirkət birinciyə nəzarət edib. Bu şirkətin də idarəedicilərindən biri Mehriban Əliyeva olub.

FM Managment Holding Group da öz növbəsində Böyük Britaniyada şirkətləri var və səhmlərinin də 51 faizi “Ata Holding”ə məxsusdur. Onların dəyəri hələ 2014-cü ildə yarım milyard dollar qiymətləndirilirdi.
“Panama sənədləri”nə, həmçinin “Korrupsiya və Mütəşəkkil eliyevCinayətkarlığı Araşdırma Layihəsi”nin araşdırmaları nəticəsində üzə çıxarılan məlumatlara əsasən, 2006-cı ildə prezident Əliyev Azərbaycandakı 6 qızıl mədəninin işlənməsini bir neçə şirkətə həvalə edib. Onların arasında iki ofşor şirkət  də olub. Bu şirkətlərin əsl sahibləri onun qızları Arzu və Leyla Əliyevalardır. Britaniyanın Globex International LLP və Panamanın Londex Resourses S.A. şirkətlərinin səhmlərinin 56 faizi Əliyeva bacılarına məxsusdur. Bu iki şirkət Azərbaycanın qızıl mədənlərinin konsorsiumunun səhmlərinin müvafiq olaraq, 11 və 45 faizinə sahibdir.

Mossack Fonseca-nın arxivindən məlum olur ki, Əliyevlər ailəsinin başqa ofşor şirkətlərdə də payı var.

Azərbaycan prezidentinin mətbuat xidməti “Euronews”a bütün bunları belə şərh edib: “Məlumdur ki, prezident Ilham Əliyev siyasi fəaliyyətə başlamamışdan əvvəl uğurlu biznesmen olub. Onun biznes fəaliyyəti şəffaf və qanuni olub. Cənab Əliyev prezident olandan sonra sahibkarlıq fəaliyyətini dayandırıb. Onun ofşor şirkətləri yoxdur. Bu barədə ittihamlar əsassızdır. Onun yaxınlarının biznesi tamamilə leqal və şəffafdır”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button