2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyevin “muxtariyyət” təklifinə Sərkisyandan reaksiya -“Ərazi bütövlüyünüzü tanıyırıq”

Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyov Azərbaycan prezidenti İlham Əliyevdən sonra bu dəfə Ermənistan prezidenti Serj Sərkisyandan geniş müsahibə götürüb. Müsahibədəki cavablardan Ermənistan prezidentinin kifayət qədər ürkək davranışı aydın sezilir.

O sırada Sərkisyan bir az da qorxu və xof içində Azərbaycanın Ermənistan üzərində iqtisadi və hərbi üstünlüyünü etiraf edib. Onun Ermənistanın silahlanma yarışında ölkəmizlə rəqabət qabiliyyətində olmadığını, Azərbaycanın maliyyə potensialının böyük olduğunu söyləməsi də xüsusi diqqət çəkir.
Sərkisyan bu üzdən ölkəsinin Rusiyanın hərbi köməyinə ehtiyacı olduğunu söyləməklə Ermənistanın vassal bir ölkəyə çevrilməsinə bir növ bəraət qazandırmağa çalışıb. Halbuki Ermənistanın düşdüyü indiki ağır vəziyyətin tək səbəbi – qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altda saxlamasıdır.
*****
“Hesab edirəm ki, bu, məcburi addım idi və hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən yeni silahlar alıb. Bizim Azərbaycan kimi imkanımız yoxdur. Mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə ”antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq… Əlbəttə, insani baxımdan yaxşı olardı ki, belə sistem olmasın, ancaq sən məcbur olanda belə addıma gedirsən”. Bu sözləri Sərkisyan “İsgəndər” raketləri ilə bağlı danışarkən deyib.
Onun cavablarında ən çox diqqət çəkən bir neçə digər məqam da var. Onlardan biri Qarabağ münaqişəsinin nizamlanması üçün kompromislərin mümkünlüyü ilə bağlıdır. Erməni prezident deyib ki, Dağlıq Qarabağ probleminin nizamlanması yalnız kompromislər və Minsk Qrupunun işləyib hazırladığı üç prinsip əsasında həll edilməlidir: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiqindən imtina.
Ardınca o, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. “Biz Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq. Ancaq hesab edirik ki, Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyin etməsi hüququ da nəzərə alınmalıdır” – Sərkisyan qeyd edib və beynəlxalq hüququn təməl prinsiplərini öz bildiyi kimi şərh edərək, guya bu iki hüququn bir-birinə zidd olmadığını söyləyib.
*****
Əslində isə Sərkisyan əlbəttə ki, blef edib. Çünki yaxşı bilir ki, ölkələrin ərazi bütövlüyü bütün başqa prinsiplərdən öndədir. Belə olmasaydı, yəni ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilsəydi, indi dünya böyük bir xaos içində idi, Yer kürəsini qanlı müharibələr, etnik-ərazi münaqişələri bürümüşdü. Çünki dünyadakı 2 min xalqın cəmi 200-nün müstəqil dövləti var.
Məsələ də ondadır ki, öz müqəddəratını təyin eymə hüququnun reallaşması üçün öncə həmin ölkənin, dövlətin, xalqın, konstitusiyasının razılığı olmalıdır. Azərbaycanın, onun xalqının, hakimiyyətinin və konstitusiyasının Dağlıq Qarabağla bağlı mövqeyi, gedə biləcəyi ən böyük kompromis isə bəllidir. Bunu son olaraq prezident İlham Əliyev həmin o Kiselyova müsahibəsində birmənalı şəkildə ortaya qoyub – “muxtar respublika” statusu. Bundan da ədalətli kompromis – əgər nəzərə alsaq ki, erməni xalqı öz müqəddəratını çoxdan təyin edib?!
Prezidentin təklifinin mahiyyəti də odur ki, Ermənistan müharibə istəmirsə, Azərbaycanla bahalı silahlanma yarışında ola-qalan iqtisadiyyatının da çəkməsini, olan-qalan əhalisinin tələf olması və ölkədən didərgin düşməsini arzulamırsa, o zaman mümkün olmayan, maksimalist tələblərindən təcili əl çəkməlidir.
Image result for Erevan
Bu mənada İrəvanın rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması yaxşı haldır, irəliləyişdir. Eyni zamanda İlham Əliyevin muxtariyyət təklifinə maraqlı bir cavab, erməni cəmiyyətinə isə bizcə, xəfif bir mesajdır ki, beynəlxalq hüquq Ermənistanın tərəfində deyil. Başqa sözlə, “məni (Sərkisyanı-red.) çox sıxmayın, məndən asılı az şey var və hər şeyə də hazır olun”.
Fəqət, bunlar yetərli də deyil, ona görə ki, davamı gəlməlidir. Davam da odur ki, işğalçı qüvvələr beynəlxalq sənədlərin də tələb elədiyi kimi, Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır. Yerdə qalanı Bakı ilə Xankəndi arasında həll oluna bilən məsələdir. Qısası, “ərazi bütövlüyünüzü tanıyırıq”ın ardınca başqa heç nə, heç bir şərt-filan, xahiş-minnət gələ bilməz, yalnız nöqtə!..
*****
Image result for Sargsyan
Yaxud da Sərkisyanın müsahibədə işlətdiyi belə bir fikir: “Bizim milli ideyamız nədir? Güclü, möhkəm dövlət olmaq. Nə Azərbaycanla, nə də Türkiyə ilə heç bir problemi olmamaq”. Olsun. Kim istəməz ki? Fəqət, heç kim Ermənistanın işğalçı kimi güclənməsini istəməz. Necə ki, bu, heç mümkün də deyil.
Əslində Sərkisyan bu yerdə yenə “atı arabanın arxasına bağlamağa” səy edib. Axı Azərbaycanla, Türkiyə ilə problemsiz münasibətlər olmadan Ermənistan necə güclü, möhkəm dövlət ola bilər? Yaxud ola bilirmi? Ola bildimi ötən 25 ildə? Rusiya ilə hərbi-siyasi müttəfiqlik necə, işğalçı ölkənin iqtisadi, hərbi potensialını, təhlükəsizliyini artırdımı?
Image result for Qarabağ
Adama deyərlər, Azərbaycan və Türkiyə ilə problem istəmirsənsə, o zaman problem yaratma! Yolu çoxdan bəlli: bu iki böyük qonşu dövlətə qarşı əsassız torpaq və soyqırım iddialarından vaz keç! O zaman Rusiyaya sığınmağa, onun marioneti və forpostu olmağa, hətta Rusiyadan giley-güzar etməyə də lüzum qalmayacaq. Ermənistanın çiçəklənməsi, erməni xalqının rifahı isə sadəcə, zaman məsələsi olacaq.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button