2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əliyevin sonrakı ağlı

Virusu qucaqlayıb, sonra qovmaq müdrikliyi

YAP hakimiyyətinin səhlənkarlığı, acgözlüyü, bacarıqsızlığı dövlətə və xalqa böyük zərbələr vurub və zərbələr davam edir. Təhsili korrupsiyaya bulaşdırıb, savadsızlıq yaratdılar. Məhkəməni qisas alətinə çevirib, hüquqsuzluq yaratdılar. İqtisadiyyatı inhisara alıb, tənəzzül yaratdılar. Beləliklə, bütün sahələri şəxsi mənafeyə qurban verib, ölkəni cəhənnəmə çevirdilər. Ancaq yalan, imitasiya, boş vədlər istehsal etdilər.
Əliyev hakimiyyəti 27 ildir ki, hər şeyə gecikir. Vaxtında qeyri-neft sektoru inkişaf etdirilsəydi, bu gün neftin girovuna çevrilməzdik. Vaxtında avtoritarizm düsturlarından imtina edilsəydi, bu gen demokratik dünyanın bir parçası olardıq. Vaxtında talançılqdan imtina edilsəydi, bu gün büdcəmiz yüz milyardlarla ölçülərdi. Vaxtında qətiyyətli mövqe nümayiş etdirilsəydi, bu gün torpaqlarımız işğalda olmazdı. Vaxtında düzgün istiqamət seçilsəydi, milli valyuta bu qədər dəyərsizləşməzdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hər yerə gecikən hakimiyyət, koronavirus fəlakətinə də gecikdi. Sanki, insanların taleyi üzərində eksperiment aparırdılar. Bütün ölkələrin hökumətləri zəruri tədbirlər görəndə, sərhədləri bağlayanda, vətəndaşlara dəqiq informasiyalar ötürəndə, YAP hökuməti “hər şey nəzarət altındadı”, “bizdə virus yoxdu” təbliğatı aparıb, xalqı aldatmaqla məşğul oldu. Amma qısa müddət ərzində məlum oldu ki, ölkə vətəndaşı çox ağır fəlakətlə üz-üzədir. Sosial şəbəkələrdə acınacaqlı vəziyyətdə olan insanların görüntüləri yayıldı. Polis gücünə insanların susdurulması müşahidə edildi. Karantin adı altında vətəndaşla məhbus kimi davranıldı. İctimai təzyiq gücləndi, xəbərlər ölkənin hər yerinə yayıldı, sosial şəbəkələr partlama həddinə çatdı və bundan sonra məktəblərin bağlanmasına qərar verdilər. Amma “uzaqgörən lider” olan İlham Əliyev sərhədləri bağlamağa ehtiyac görmədi. Ticarətlərinin zəifləməsinə, qazanclarının azalmasına göz yummaq istəmirdi. Amma vəziyyət kritikləşməyə davam edirdi, dünyadan bədbin proqnozlar gəlirdi. Əliyev də başa düşürdü ki, analoqsuz səhiyyəsi bu vəziyyətə hazır deyil və daha ağır vəziyyətdə daha biabırçı reallıq üzə çıxacaq. Yeri gəlmişkən, tanınmış Türkiyəli həkim də bildirdi ki, ən hazırlıqsız vəziyyətdə Azərbaycan səhiyyəsidi. Yəni, Əliyev səhiyyə sisteminin bərbad olduğun bildiyi halda, vətəndaşı təhlükəyə atdı. Bu gün də xalqa dəqiq məlumat verilmir. Rəsmi rəqəmlərə görə 6 nəfərdə virus aşkarlanıb. Amma qeyri-rəsmi məlumata görə onlarla insan yoluxub, hətta ölənlər də var.

Demək istəyirik ki, İlham Əliyevin yarıtmaz idarəçiliyi bu məsələdə də özünü göstərdi. Başqa dövlətlər vergidən azad etmə, kommunal xərclərdə güzəştlər, virusa görə işsiz qalanlara müavinətlər düşünür. Bizim hökumət isə elementar spirt və maskaya olan tələbatı ödəyə bilmir.
Nəticə bundan ibarətdir ki, Əliyevin sərhədləri gec bağlaması, hələ də zəruri tədbirlərə lazımınca start verilməməsi, xalqı ağır sınağa çəkməkdədi. Bu gün də məhbuslarla bağlı heç bir addım atılmır. Minlərlə insan Allahən ümidinə buraxılıb. Gərək, bir neçə nəfər həyatını itirə ki, Əliyevin “müdriklik” damarı işə düşsün.
YAP hakimiyyəti koronavirus sınağınsan da üzüqara çıxmaqdadı. Əvvəlcə virusa qucaq açıb, ölkəyə buraxdılar. Sonra da qapını bağlayıb, qovmaq istəyirlər. Yaxud, məktəbləri bağlasalar da, metroda basabasdı. Yaxud, rayon nömrə nişanlı maşınları Bakıya buraxmamaqla, virusu aldatmaq istəyirlər. Əliyevin bu “müdrik”liyinə səssiz qalsaq, hələ çox viruslarla döyüşməli olacağıq. Çünki ən böyük virus, məhz bu formada idarəçilikdi. Ən böyük virus, məhz vətəndaşın həyatını heçə sayan zehniyyətin iş başında olmasıdı. Başı ağrıyan, dişi ağrıyan vətəndaş müalicə üçün xaricə qaçırsa, bu virus bolluğunda hələ də Səhiyyə nazirinin simasını görən olmayıbsa, deməli, vətəndaş həqiqətən də təhlükədədi.
Allah bizi Əliyevin sonrakı ağlından qorusun.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button