2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əliyevlərin BMT şousu

Xaliq Bahadır

O bir şou idi – Əliyevlərin BMT şousu. İndiyədək Əliyevlərdən görmədiyimiz bir şou idi o. 24 illik hakimiyətləri boyunca (ikinci hakimiyətləri) onlardan çox şoular görmüşdük, ancaq, beləsi olmamışdı. Başqaları Azərbaycan çapında, bu isə dünya çapında şou idi.  Onlar bunu da bacardılar. Bacardılar, özü də BMT düzəyində. Azərbaycan gerçəkdən olduqca varlı ölkə imiş. Bizim düşündüyümüzdən də qat-qat varlı, bahalı ölkə. Azərbaycanı dünya bazarına çıxarmaqla dünyanı satın almaq olarmış – Əliyevlərin etdiyi – bacardığı kimi!

Saytların yığılması Saytlarin yigilmasi

Bir sıra satılmış, bir sıra satılmağa aday jurnalistlər (İ.Əliyev ikinci binanın sunucunda dedi, axı: “jurnalistlər üçün üçüncü binanın tikilməsinə göstəriş vermişəm”) başqalarını görün nədə qınayırlar: İ.Əliyevin BMT tribunasından Xocalı soyuqırımı ilə bağlı çıxışını deyil, qızı Leylanın gülə-gülə onun şəklini çəkməyini söz qonusu etmkdə. Yaltaqlanırlar – gerçəyi bilə-bilə! Birincisi, İ.Əliyev Xocalı soyqırımından danışarkən qızının o sayaq davranışda bulunmağı (gülə-gülə, yerinə düşməyən mimikalar sərgiləməklə!) yolverilməz idi. Gerçəkçi, satılmayan jurnalistlər belə yerinə düşməyən açıq-saçıq davranışı əliyevçi jurnalistlər kimi gözdən qaçırmağa görəvli deyildilər.  Bu üzdən də onlar ona göz yuma bilməzdilər. İkincisi, nə üçün Əliyevlər BMT yığıncağına ailəvi qatılmalıdırlar? Bu hüququ onlara kim verib? Başqa bir yandan Azərbaycanın BMT-də “daimi nümayəndəsi” nədən ötrüdür? Nə üçün o adama Azərbaycanın dövlət büdcəsindən yüksək aylıq ödənir?

Başqaları başqa cür düşünə bilər – bu onların öz işləridir – mən Əliyevlərin BMT yığıncağına ailəliklə qatılmalarını Ulusum, Ölkəm, Dövlətim adına aşağılama – təhqir sayıram. Elə bil Azərbaycan min illərin böyük dövlətçilik ölkəsi deyil; elə bil Azərbaycan qırılıb-batıb; elə bil Azərbaycanda bir ailədən – Əliyevlər ailəsindən başqa dövlət üçün, dövlətçilik üçün yararlı kimsə yoxdur: buna görə bir ailədən üç prezident düzəldib, BMT-yə – dünyanın qarşısına çıxarırlar: baxın, Azərbaycanın olanı, dünya üzünə çıxara biləcəyi bu üç Əliyevdir (hələlik üç, az sonra daha ikisi ola bilər). Belə dövlət, belə dövlətçilik olumur!

BMT tribunasından İ.Əliyevin Xocalı soyqırımından danışmasına, bu soyqırımın başlıca suçlularından olan S.Sərkisyanla bağlı sərt sözlər deməsinə gəlincə, bunlar doğrudur, ancaq, bizim üçün önəmlisi indilikdə bu doğruların yalan yerə, manipulyasiya üçün ortaya atılmasıdır. Əliyevlər 24 ildir hakimiyətdədirlər. O 24 ilin 10 ilini ata Əliyev Xocalı soyqırımının başlıca suçlularından olan R.Köçəryanla deyə-gülə görüşlərdə olub, şəkillər çəkdirib, oğul Əliyev 14 ildir Xocalı soyqırımının başlıca suçlularından olan S.Sərkisyanla deyə-gülə görüşlər keçirir, şəkillər çədirir – indi nə oldu? Nədən İ.Əliyev 14 il sevinə-sevinə görüşüb şəkil çəkdirdiyi bir adamı indi BMT tribunasından “qatı cinayətkar” adlandırır? Axı, S.Sərkisyan sözügedən cinayəti indilər deyil, 25 il qabaq törədib! Ata-oğul Əliyevlərin Azərbaycana, Azərbaycan toplumuna azacıq sevgisi olsaydı, Xocalı soyqırımının başında duran R.Köçəryan, S.Sərkisyan, S.Ohanyan, 366-cı Rusiya alayının komanda yetkililəri çoxdan Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında dayanmalı olardılar. Ancaq bu, Əliyevlərə əl verən görsənişlərdən olmadığından, onlar Rusiya – “Ermənistan” birliyində üçüncü bir yan olduqlarından, indiyədək bunu etməyiblər, etməyəcəklər. İ.Əliyev bu yöndən sözünü çoxdan deyib: “Rusiya bizim strateji müttəfiqimizdir”. “Bizim”, kimin? Sözsüz, Əliyevlərin! Azərbaycan coğrafiyasını param-parça etməklə ermənilərə bir dövlət (“Ermənistan”) üstündən ikinci dövlət (“DQR”) qurmağa çalışan Rusiya Azərbaycanın strateji nədi, taktiki “müttəfiqi”-bağdaşı da ola bilməz; Azərbaycana yağı Rusiya yalnız özü kimi Azərbaycan yağıları ilə birgə ola bilər – indilər olduğu kimi!

BMT tribunasından İ.Əliyev bunu da bildirdi: “Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qorumaq və LAZIM gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq”. Bunlar Əliyevlərin yenicə üstü açılmış 3 milyard dollarlıq daha bir oğurluq faktını ört-basdır etmək üçün ortaya atılan yalanlar, basıb-bağlamalardır. Ancaq, yalnız bu da deyil. Qarşıdan Əliyevlər üçün çətin bir seçki –prezident seçkisi gəlir. İ.Əliyev ailə hakimiyətini daha 14 il qoruyub saxlamaq üçün BMT tribunasından “savaş” anonsu verməklə ermənilərə deyil, Azərbaycan xalqına, Azərbaycan müxalifətinə mesaj göndərir: bizim hakimiyətimizə son qoymaq istəsəniz, konstitusion hüququmdan yararlanaraq ermənilərlə savaş başladacam! Örnək də göstərir: 2016-cı ilin aprel savaşı.

2016-cı ilin aprel savaşı nə savaş idi? Aldadıcı, qorxuducu bir savaş! Azərbaycan oğulları onda ermənilərlə gerçək bir savaşa – ölüm-dirim savaşına atılmışdılar. Nə Oldu? Televiziyalarda, Feysbukda çox qorxunc, yalnız Xankəndini deyil, İrəvanın özünü dağıtmaq, almaq gücündə olan ordu texnikasını döyüş meydanında sərgiləyib geri çəkməklə Azərbaycan ordusu açıq-açığına qırğına verildi. Savaşdan az sonra qaçqınlarla görüşə gedən prezident – ali baş komandan İ.Əliyev qaçqınlar qarşısında öyünərək savaşı Sərkisyanın “xahişi ilə” dayandırdığını bildirdi. Bundan az sonra dünya azərbaycanlıları ilə Bakıda görüş keçirən İ.Əliyev “mən Ermənistan prezidenti Sərkisyan kimi bir cümlədə dörd yalan danışan prezident görməmişəm” deməklə yanaşı, özü də başqa bir yalan danışdı: “Biz savaşı Rusiyanın xahişi ilə dayandırdıq”. Gerçəkdə isə savaş “xahişlə” deyil, Moskvadan gələn komanda ilə dayandırılmışdı: bütünlüklə Moskvaya bağlı, bütünlüklə Moskvadan asılı bir hakimiyət başqa cür edə bilməzdi – bunu “müdafiə naziri” adını daşıyan Zakir Həsənovun yaxınlarda ortaya çıxardığı faktdan da görmək olar. Onun dediyinə görə, komanda Rusiyanın Müdafiə naziri S.Şoyqudan gəlib: “Savaşı dayandırın!” Onda durum bir az başqa idi, indi Rusiya – ”Ermənistan” orduları birləşmiş durumda ikən İlham Əliyev gerçək bir savaş başlaya bilərmi? Sözsüz, yox! İ.Əliyev indilikdə yalnız Rusiya ilə, “Ermənistanla” danışılmış-uzlaşdırılmış savaş başlaya bilər – böyük qırğın yaratmaqla seçkini udmaq, Əliyevlər hakimiyətinə daha 14 il qarantiya yaratmaq üçün!

BMT tribunasından “öz vətəndaşlarını” qorumağa gəlincə, bu gün Azərbaycan yurddaşlarının başlıca qorxusu başqalarından deyil, rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi antidövlət görsənişlərini DÖVLƏT POLİTİKASINA dönüşdürən Əliyevlər hakimiyətindəndir!

P.S. Başqa faktlar, faktorlar bir yana, bu gün “qatı cinayətkar” adlandırılıb, adlandırlmadığından asılı olmayaraq, Xocalı soyqırımını törətmiş  birisinin “xahişi ilə” döyüş texnikasını geri çəkdirib ordunu qırğına verən komandanlıqdan haçaqsa uğurlu savaş gözləməyə dəyərmi?!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button