2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əliyevlərin mehriban düşməni 

“Ulu öndər”ə quru məhəbbət

Zaman bütün niyyətləri aşkara çıxarır. Hamının məqsədi aydın görünür. Əslində hökumət dəhlizlərində baş verənləri analiz etmək üçün zamana o qədər də ehtiyac yoxdur. Diqqətli müşahidəçi hələ illər öncədən dəqiq proqnoz verə bilərdi və müəyyən proqnozlar verilmişdi də. Yəni, Paşayevlərin Əliyevlərə sevgisinin “tramplin məhəbbəti” olduğu məlum idi. Bütün Paşayevlər niyyət tutub, Heydər Əliyevin ölümünü gözləyirdilər. Timsah göz yaşları ilə Heydər Əliyevi son mənzilə yol saldılar və bu dünyada saysız-hesabsız mənzillər almaq üçün fürsət qazandılar. Dünənə qədər siyasətin periferiyasında olanlar qəfildən siyasi xadimə, dövlət adamına, mütəfəkkirə, xalqın təmsilçisinə çevrildilər.

Saytların yığılması Saytlarin yigilmasi

İndi Heydər Əliyevin portretlərinin “evakuasiya” prosesi gedir. Sosial şəbəkələrdə yayılan fotolar da göstərir ki, “ümummilli gəlin”, “ulu öndər”i sıxışdırır. Bu siyasi kazinoda İlham Əliyev zəif oyunçu olduğuna görə, Paşayevlər hamıya “üç tuz” göstərir.  Heydər Əliyevin “kart”larıyla Mehriban Əliyeva oynayır. Həm də ölçü baxımından Mehriban Əliyevanın portretləri daha böyükdür. Sıravi əsgər generalın rütbəsini sökməkdə iddialıdır. Bir zamanlar Mehriban Əliyeva nəinki prezidentliyi, heç deputatlığı da  təsəvvürünə gətirə bilməzdi. İndi isə arzular o qədər pərvazlanıb ki, Heydər Əliyevi arxa plana keçirməyi də təsəvvür edir. Bu gün müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Heydər Əliyev Paşayevləri məqsədli şəkildə hakimiyyətdən uzaq tutur. O bilirdi ki, gəlin tərəfin iştahası daha böyükdür və “qazan”ı ələ keçirsələr, “xörəy”in kökünə daş atacaqlar. Heydər Əliyevin qorxduğu, öləndən sonra başına gəldi. Gəlini Mehriban Əliyeva, mehriban düşmən qiyafəsindədir. Mərhum qayınataya quru məhəbbət, öz arzularına sulu gələcək bəsləyir.Son günlər kabinetlərin Mehriban Əliyevanın portretləri ilə bəzədilməsinə “qatı heydərçilər”in də açıq etirazı görünmür. Yəni, özünü heydərçi adlandıranların da, Paşayevlərin də Heydər Əliyev sevgisinin sabun köpüyü olduğu göründü. Ümumiyyətlə, bu komandanı birləşdirən heç bir mənəvi dəyər yoxdur. İlham Əliyevin sağlığında Mehriban Əliyevanın portretləri bu qədər boy göstərirsə, “layiqli davamçı”nın olmadığı halda heykəllər uçurula da bilər.

Məqsəd isə bütpərəstliyi, yaltaqlığı ləğv etmək yox, yeni büt yaratmaq olacaq.”Qaynana” filmində belə bir epizod var. Evin xanımı mərhum ərinin divardan asılmış portretinə baxaraq, “Ey Məşədi Kazım, bax gör sənin taxt-tacında kimlər əyləşib” deyir. Yəqin ki, Heydər Əliyevin sağ qalan qohumları , xüsusən Sevil Əliyeva da belə düşünür. Bu qədər evlər yıx, canlar al, talelər məhv elə, sərvət topla, axırda da gəlinin hakimiyyət sevdasına qurban ver.Mehriban Əliyevanın portretlərinin sayı artdıqca, Heydər Əliyevi xatırlayanların sayı azalacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button