2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əlövsət Sadıqlı BQXK-yə müraciətindən sonra oğlu ilə göürşüb

Əlövsət Sadıqlı fevralın 23-də həbs olunan oğlu Elgiz ilə 4 gündən sonra görüşə bilib. Fevralın 27-də Binəqədi Müvəqqəti Saxlama Yerində qısamüddətli görüş olub.

Elgiz Sadıqlı Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının qardaşıdır. O, fevralın 23-də saxlanılıb. Növbəti gün doğmaları xəbər tutublar ki, o 30 sutka həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Sadıqlı bildirib ki, oğlu ilə görüşə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib, yalnız bundan 4 gün sonra Sabunçu Rayon Polis İdarəsində saxlanılan oğlu Binəqədi Müvəqqəti Saxlanma Yerinə göndərilib.

Məlum olub ki, E.Sadıqlı polisə müqavimət və üstündə narkotik maddə tapılması ilə bağlı 30 sutkalığa həbs edilib.

“Bu inzibati həbslə bağlı apellyasiya şikayəti vermişik. Fevralın 27-də Apellyasiya Məhkəməsi olmalı idi, amma Sabunçu Rayon Məhkəməsi inzibati həbslə bağlı qərarı vermədiyi üçün məhkəmə fevralın 28-nə təyin edilib”, Ə.Sadıqlı bildirib.

Onun sözlərinə görə, oğlunun vəziyyəti yaxşı deyil. Ə.Sadıqlı bunu da vurğulayıb ki, bəzi məqamlarla bağlı Apellyasiya Məhkəməsindən sonra açıqlama verməyi nəzərdə tutur.

Tural sadıqlı isə facebook səhifəsində qardaşı Elgiz Sadıqlının işgəncələrə məruz qaldığını yazır.

Rəsmi qurumlar Elgiz Sadıqlının saxlanılması və işgəncəyə məruz qalması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.

Bundan öncə Ə.Sadıqlı özü də fevralın 18-də saxlanılmışdı və növbəti gün sərbəst buraxılmışdı. Polis ona oğlunun xaricdəki fəaliyyətilə bağlı irad tutub.

Elgiz Sadıqlı bundan öncə qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilib. Onun doğmaları bildiriblər ki, E.Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. Tural Sadıqlı Azərbaycan hökumətini kəskin tənqidləri ilə tanınır. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button