2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səyyar vaksinasiya təşkil edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığını COVID-19-dan qorumaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib.

Yalnız xidmətlərdən yararlanmaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərinə müraciət edən vətəndaşlar könüllü olaraq COVID-19 xəstəliyi əleyhinə peyvənd oluna bilərlər. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, onların rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirməkdir.

Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin “Nazirlik üzrə 1 saylı şöbə”si), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib. Səyyar briqadalarda yalnız “CoronaVac” vaksinindən istifadə olunur. Vətəndaşlar həkim yoxlanışından sonra peyvənd olunurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud  peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.

Məlumat üçün bildirək ki, eyni zamanda vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək vaksinasiya prosesində iştirak edə bilərlər.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button