2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əməkdar artistlə vida mərasimi keçirilib

Yayımlandı: 23 Yanvar 2023 12:29

Tünzalə Əliyeva “Qurd qapısı”nda dəfn olunacaq

Yanvarın 22-də vəfat edən Əməkdar artist, aktirsa Tünzalə Əliyevanın Heydər məscidində vida mərasimi keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Mərasimdə aktrisanın ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tünzalə Əliyeva 2018-ci ildən onkoloji xəstəliklə mübarizə aparırdı.

O, 1973-cü il fevralın 15-də Gəncədə doğulub.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Daha sonra Bakıya gəlib və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

Bu teatda Qəmər (Ə.Əmirli, “Müqəddəs Valentin günü”), Natella (M.Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A.Rəhimov “Pul hərisləri”), Qadın (H.Mirələmov, “Ləyaqət”), Mehriban (Ə.Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü.Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”) rollarını ifa edib.

Aktrisa ATV kanalında nümayiş etdirilən “Çal-çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazı ilə tanınıb.

Tünzalə Əliyeva “Qurd qapısı” məzarlığında dəfn olunacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button