2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əməkhaqqı artımı kommunal xidmətlərin qiymət artımını kompensasiya edə bilməz

Bakı/18.10.21 Oktyabrın 16-da Tarif Şurasının qərarı ilə elektrik enerjisinin və təbii qazın qiymətlərində dəyişiklik edilib. Qiymət artımı həm əhaliyə, həm də digər qrup istehlakçılara şamil olunub.

Belə ki, noyabrın 1-dən əhalinin 1200 m3-dək istifadə etdiyi təbii qazın hər kub metrə görə qiyməti 2 qəpik artıb.

Eyni zamanda sənaye və kənd təsərrüfatı üçün,  “Azəristiliktəchizat” ASC, məhəllə qazanxanaları və CNG tipli qazdoldurma məntəqələrinə, həmçinin «Azərenerji»yə satılan qazın qiyməti də artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Elektrik enerjisinə gəlincə, noyabrın 1-dən istifadə olunmuş 200 kVts-dək elektrik enerjisinin tarifi 8 qəpik, 200 kVts-dan – 300 kVts-dək 9 qəpik, 300 kVts-dan çox isə 13 qəpik müəyyən olunub.

Ticarət və xidmət sahələri üçün tarif 9 qəpikdən 11 qəpiyə, digər sahələr üçün isə 9 qəpikdən 10 qəpiyə qədər qalxıb.

Tarif Şurası bunu enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillərlə izah edir.  

Təbii qazın qiyməti Azərbaycanda cari il ərzində artıq 2-ci dəfədir artırılıb. Bəs enerjidaşıyıcılarının istehsalçısı olan ölkədə yerli əhaliyə satılan qazın qiyməti niyə tez-tez qalxır?  Dövlət şirkətlərə dotasiyalarını azaldaraq yükünü vətəndaşların çiyinlərinə qoyurmu? Dünyada enerjidaşıyıcılarının qiyməti düşəndə Azərbaycanda qiymətlər niyə düşmür?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 27 milyard 917,4 milyon kubmetr qaz hasil edilib. O cümlədən, əmtəəlik qaz hasilatı 20 milyard 593,4 milyon kubmetr həcmində olub.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 11,3 faiz, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artıb.

SOCAR-dan Turan-a bildirilib ki, «Azərkontrakt» Səhmdar Cəmiyyətinin şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir. O da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Məsələn, “Şahdəniz” yatağından alınmış qazın bir qismi bazar qiymətlətindən asılıdır və bazarda qiymətlər artdıqca həmin qazın dəyəri və qiyməti artmaqdadır. Qurumdan qeyd olunub ki, satış qiymətləri isə dəyişmədikcə xərclərdə olan artımın kompensasiyası mümkün olmur. Gərək dövlət bunu subsidiyalaşdırsın. Bunun isə müəyyən fəsadları var, yəni dövlət büdcəsi üçün əlavə yük yaranır və uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür.

«Azəriqaz» İstehsalat Birliyindən isə Turan-a bildirilib ki, son qiymət dəyişikliklərdən sonra əhali təbəqəsi üzrə illik 24 manat artım baş verəcək. Əhalinin 51 faizi illik 1200 kubmetrə qədər qaz istehlak edir. Qiymətlərin artması həmin 51 faizə aylıq 2 manat təsir edəcək. İllik götürəndə bu məbləğ 24 manatdır.

Qurumdan qeyd olunub ki, son dövrlər dünya bazarlarında təbii qazın satış qiymətləri artıb. Ötən illə müqayisədə bu qiymətlər 24 dəfə artıb. Əlbəttə ki, bu Azərbaycanda da hasilata və qiymətə təsir göstərmişdi.

Vurğulanıb ki, hasilatda istifadə olunan əsas materialların, avadanlıqların böyük bir hissəsi Avropadan gətirilir. Orada isə son qaz qiymətlərin artması ilə bağlı həmin avadanlıqların qiymətləri də kəskin şəkildə artdı. Bu da hasilatın dəyərinə, qazın maya dəyərinə, sonrakı mərhələdə qazın topdansatış və pərəkəndə satış qiymətlərinə təsir göstərmişdi. Bu, həm də «Azəriqaz»ın investisiya paketinə də təsir göstərmişdi.

İstehsalat Birliyindən bildirilib ki, qazın qiymətlərinin artmasına xarici faktorlarla yanaşı daxili faktorlar da təsir göstərib. Ölkədə qazlaşma işləri davam etdirilir, abonentlərin sayı artır. Qaz şəbəkəsinin dayanaqlı, etibarlı istismarı bu qiymətlərdən asılıdır.

«Azərişıq» Səhmdar Cəmiyyətindən isə Turan-a bildirilib ki, əvvəl 200 KVts-dək 14 manat ödənilirdisə, hazırda 16 manat ödəniləcək. 200 KVts-dək elektrik enerjisini istifadə edən əhalinin sayı 63 faizdir. Ən az artım məhz bu kateqoriyadan olan abonentlərdə hiss olunub. Əvvəlki tarif qiymətlərində əhali üzrə güzəştli tarif limitini keçən abonentlərin payı abonentlərin ümumi sayı ilə nisbətdə 19-21 faiz arasında dəyişirdi. Qiymətlər dəyişəndən sonra bu faiz nisbətində də dəyişiklik olacaq.

Qurumdan vurğulanıb ki, tarifin tənzimlənməsi kommunal xidmətlərdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir. Aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranıb.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan hökumətinin qaz və elektrik enerjisinin qiymətlərinin artması dünya bazarlarında gedən proseslərlə izah edilməsi həqiqəti əks etdirmir: «Çünki biz idxalçı ölkə deyilik. Dünya bazarlarında gedən proseslər idxalçı ölkələrə təsir göstərir. Azərbaycan isə həm təbii qazın, həm də elektrik enerjisini ixrac edir və son illər bunların ixracatı kifayət qədər artıb».

Ekspert qeyd edib ki, Azərbaycanda səmt qazı da var: «Azəri-Çıraq-Günəşli yatağından uzun illərdir səmt qazın bir hissəsi BP şirkəti tərəfindən SOCAR-a pulsuz təqdim edilir. Layihə başlayandan bu günə qədər təqribən 40 milyard kubmetr qazı pulsuz verilib. Hər il bu rəqəm 1,5-3 milyard kubmetr arasında dəyişir. Bu səmt qazının pulsuz verilməsi isə ümumiyyətlə, elektrik enerjisi və təbii qazın qiymətlərini sabitləşdirmək və hökümətin əlini yüngülləşdirmək rolunu oynamalıydı ki, vətəndaşlar üçün qiymətlər qaldırılmasın».

 

Onun fikrincə, dünyada gedən prosesləri bəhanə edərək bundan sonra da qiymət artımına gedə bilərlər:  «Qiymət artımının əsas səbəbi isə inhisarçı dövlət şirkətlərinin dotasiyalarının azaldılması ilə bağlıdır. Dövlət büdcəsindən dotasiyalar azalıb. Bunun əvəzinə həmin şirkətlər xərclərini azaltmaqdansa, idarəetməni optimallaşdırmaqdansa qiymət artımı ilə bu dotasiyaları vətəndaşın çiyninə qoyurlar».

Cəfərlinin sözlərinə görə, son 5-6 il ərzində dünya bazarlarında dəfələrlə enerjidaşıyıcılarının qiymətləri düşmüşdü: «O zaman niyə Azərbaycanda kommunal xidmətlərin, benzinin qiyməti ucuzlaşmır? Çünki hökümətin bu sahədə apardığı siyasətin dünya bazarlarında gedən proseslərlə heç bir əlaqəsi yoxdur».

O, qeyd edib ki, növbəti ildə anons edilmiş əmək haqlarının, pensiyaların və müavinətlərin artımı kommunal xidmətlərin qiymətlərinin artımını kompensasiya edə bilməyəcək: «İndi Azərbaycanda rəsmi inflyasiya 5 faizdir. Orta aylıq əməkhaqqının artım tempi isə 1 faiz civarındadır. Bu isə o deməkdir ki, vətəndaşların real gəlirləri azalıb».

Onun fikrincə, gələn il pensiyalar və əməkhaqqı 10 faiz artsa, bu, müəyyən qədər qazın və işığın qiymətlərinin artmasını kompensasiya edə bilər: «Amma qiymət artımı tək kommunal xidmətlərdə deyil, ərzaq, dərmanın qiymətləri də artıb. Digər tərəfdən bu kateqoriyadan olan adamların sayı Azərbaycanda təqribən 2 milyondur. Bəs özəl sektorda, kənd təsərrüfatında çalışanlar necə olacaq?».—0–

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button