2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Əmir-Abdullahian: ‘İran üçüncü ölkələrin onun qonşuları ilə münasibətinə…’

“İran onun qonşuları və o cümlədən Ermənistanla münasibətlərinə üçüncü ölkələrin təsir göstərməsinə yol verməyəcək”.

Bu bəyanatı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian erməni həmkarı Ararat Mirzoyanla Tehranda keçirilən görüşü zamanı verib.

İran naziri oktybarın 4-də keçirilən danışıqları “məhsuldar və konstruktiv” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, Abdullahian bu görüş zamanı iki ölkəni birləşdirən tranzit yolların tezliklə bərpa olunmasına çağırıb.

Azatutyun İran mənbələrinə istinadən yazır ki, Əmir-Abdullahian habelə iki ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən bir sıra strateji xarakterli razılaşmaların əldə olunduğunu deyib:

“Siyasi sferadan başqa biz habelə iqtisadiyyat, ticarət, mədəniyyət və turizm sahəsində ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlmişik. Biz bunu ucadan deyirik: İran üçüncü ölkələrin onun qonşuları, o cümlədən Ermənistanla münasibətlərinə təsir göstərmələrinə yol verməyəcək”.

Əmir-Abdullahian daha sonra bildirib ki, “Cənubi Qafqaz region onsuz da bir sıra problemlərdən əzab çəkir və burada Sionist rejimin mövcudluğu bizim üçün ciddi narahatlıq mənbəyidir”.

İran xarici işlər naziri daha sonra deyib:

“Bizim region yeni böhranlara dözümlülük göstərə bilməz. Bütün region ölkələri konsensus əldə etməlidirlər ki, regional problemlər xarici müdaxilə olmadan regional ölkələr tərəfindən həll olunmalıdır”.

Mirzoyan “Zəngəzur dəhlizindən” danışıb

Birgə mətbuat konfransında çıxış edən Ararat Mirzoyan deyib ki, Ermənistan regionda kommunikasiyaların açılması müzakirələrinə açıq olduğunu daim bəyan edib.

Mirzoyan iddia edib ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminindən istifadə etməklə prosesi təhrif etməyə çalışır.

Ermənistan naziri vurğulayıb ki, sözü gedən dəhliz barədə heç bir razılaşma olmayıb:

“Bu və Azərbaycanın Ermənistanın suveren ərazisinə qəsd etməsi bizim regionda sabitlik və təhlükəsizliyi təmin etmək səylərimizi hədə altında qoyur. Biz bununla əlaqədar olaraq Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı məsələsində İranın mövqeyini yüksək qiymətləndiririk”.

Ararat Mirzoyan bunu da bildirib ki, görüş zamanı iranlı həmkarı ilə nəqliyyat tranziti məsələsini müzakirə edib:

“Mən möhtərəm cənab naziri yol tikintisinin detalları barədə, habelə mövcud problemlər barədə məlumatlandırmışam. Mən məlumat vermişəm ki, haqqında bu qədər söhbət gedən yeni yolun tikintisi demək olan başa çatıb”.

Ararat Mirzoyan daha sonra deyib:

“Təbii ki, mən bu yaxınlarda Dağlıq Qarabağa qarşı Azərbaycan-Türkiyə təcavüzü və onun nəticələri məsələsinə toxunmuşam. Eləcə də qeyd etdik ki, bu təcavüzdə müxtəlif qaynar nöqtələrdən olan muzdlu terrorçular iştirak ediblər”.

Tehranda daha bir mətbuat konfransı

Oktyabrın 5-də İran Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında daha çox İran və Ermənistan xarici işlər nazirlərinin görüşündən bəhs olunub.

Londonda çıxan Əş-Şərq əl-Ousət qəzetinin yazdığına görə İran XİN-in sözçüsü Səid Xatibzadə məlumat verib ki, nazirlərin görüşü əvvəlcədən planlaşdırılmışdı.

Sözçü deyib ki, onun ölkəsinin həm Bakı, həm də Yerevanla yaxşı münasibətləri var və bunların biri digərinə qarşı deyildir.

Xatibzadə habelə Azərbaycanın İranla sərhədi yaxınlığında “terrorçuların olması” iddiaları ilə bağlı suala cavab verib. Sözçü iddia edib ki, İran tərəfi Azərbaycan-Ermənistan müharibəsi zamanı belə xəbərlər alırdı:

“Biz Bakıdakı döstlarımıza bu barədə məlumat verdik və onlar da hər dəfə əmin etdilər ki, başqa ölkələrə heç bir təhlükə yoxdur”.

Xatibzadə vurğulayıb ki, Tehran lap əvvəldən Azərbaycan ərazi bütövlüyünü və milli suverenliyini tanıyıb və bunların qorunub saxlanmasına dəstək verib.

Sözçü bildirib ki, Bakı üçüncü tərəflərin onun sərhədlərindən İrana qarşı istifadə etməsinə yol verməməlidir:

“İran öz təhlükəsizliyini necə qorumağı bilir və Bakı üçün yeganə düzgün olan öz suveren vəzifələrini yerinə yetirməkdir”.

Səid Xatibzadə Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan manevrləri barədə suala cavab verərkən deyib ki, hamı bu regiona sülh və əmin amanlıq gətirməlidir:

“Təəssüf ki, son həftələrdə bu regionda keçirilən çoxsaylı hərbi manevrlərə heç cür haqq qazandırmaq olmur”.

Bakının reaksiyası

Bundan əvvəl Azərbaycan XİN hər hansı üçüncü qüvvələrin onun daxili işlərinə qarışdığına dair Tehrandan səslənən iddiaları rədd edib.

Oktyabrın 4-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin yerli televiziyaya müsahibəsində şimal qonşusu ilə bağlı söylədikləri fikirlərə münasibət bildirib.

Leyla Abdullayeva vurğulayıb ki, ölkəsi Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmir:

“Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi”.

O əlavə edib ki, Azərbaycanın İran ilə sərhədinin 130 km-dən çox hissəsi uzun illər Ermənistanın işğalı altında olub:

“Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button