2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Ən bahalı futbolçusu “Qarabağ”dan gedir? (AÇIQLAMA)

“Mən futbol oynamaq istəyirəm. Əgər “Qarabağ” məni istəyirsə, qalacam”.
Qaynarinfo xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Pedro Enrike deyib.
Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və “Qarabağ”da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstan klubuna dönəcəyi bildirilir.
“Qaradağ Lökbatan”la kubok oyunundan sonra açıqlama verən Pedro “Qarabağ”dakı gələcəyindən danışıb, O, “Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən” sualına belə cavab verib:
“Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və “Qarabağ” öz aralarında həll etməlidilər”.
Qeyd edək ki, Pedro “Qarabağ”ın heyətindəki ən bahalı futbolçu hesab olunur. “Transfermarkt” ona 3 milyon avro qiymət qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button